AZƏR-İLMƏ

XALÇAÇILIQ MƏRKƏZİ

"AZƏR - İLMƏ"-yə XOŞ GƏLMİSİNİZ!

vidadi

Vidadi Muradov - "Azər-İlmə"nin təsisçisi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor.

"AZƏR - İLMƏ"yə XOŞ GƏLMİSİNİZ!

Azərbaycan xalçası əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil etmişdir.

Azərbaycan xalçaçılığının ən böyük nailiyyətlərindən biri onun inkişafına göstərilən dövlət qayğısıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə (1969-1982, 1993-2003) bütövlükdə mədəniyyətin, o cümlədən xalçaçılığın inkişafına xüsusi diqqət yetirilmişdir. Zaman-zaman zəifləyən, ayrı-ayrı tarixi mərhələlərin tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1993-cü ildən etibarən yenidən dirçəlməyə başlamışdır. Ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunu təsdiq olunmuş, 2005-ci il fevralın 7-də həmin qanunun tətbiq edilməsi barədə fərman verilmişdir. 

Azərbaycan xalçalarının təbliği və nümayiş etdiriməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü il avqust ayının 26-da Dənizkənarı Milli Parkın ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik olan Azərbaycan Xalçası Muzeyinin açılışı da xüsusi qeyd edilməlidir.

XALÇALAR