8
Mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçi­
rilməsi üçün hər cür imkan yaradılmış, otaqlar
lazımi avadanlıqla təmin olunmuşdur. Mərkəzin
əsas özəlliyi burada Azər­baycan mədəniyyətinə
dair nümunələrin sərgi­lənməsidir. Müxtəlif
ekspozisiya zallarının ya­ra­dıldığı mərkəzdə
Azərbaycan tarixini əks etdirən eksponatlar
təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş
qədim pullara, silahlara, misgərlik məmulat­la­
rına qədər hər şey burada Azərbaycanın qədim
və zəngin tarixindən xəbər verir.
Mərkəzdə gənc rəssamların işləri də təqdim
olunur. Odur ki, bu mərkəzin yaradılma-
sı ölkəmizdə inkişaf edən müasir incəsənət
nümunələrinin Fransa ictimaiyyətinə təqdim
edilməsi baxımından olduqca əhəmiyyətli ha­
di­sədir. Bu həm də Azərbaycanda müasir incə­
sənətə verilən dəyərin təzahürüdür.
Mərkəzlə tanışlıq zamanı Prezident İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın diq­
qətinə çatdırılıb ki, burada Azərbaycan mu-
siqisinin təbliğinə də geniş yer ayrılmışdır.
Ayrıca muğam zalı yaradılmış, qədim musiqi
alətlərimizin sərgisi təşkil olunmuşdur. Bundan
başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azər­
baycan mətbəxinin nümunələrinin hazırlanması
qaydaları öyrədiləcək.
Prezident İlham Əliyev mərkəzin yuxarı mər­
tə­bəsindən Parisin mənzərəsini seyr edib.
Dövlətimizin başçısı Azərbaycan Mədəniyyət
Mərkəzinin fəxri qonaqlar kitabına ürək söz­lə­
rini yazıb.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...148