7
Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyev və xanımı Mehriban
Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı
mərkəzdə yaradılan şəraitlə tanış olub-
lar.
Məlumat verilib ki, Parisin mərkəzində
- Eyfel qülləsinin yaxınlığında yaradı-
lan Azərbaycan Mədəniyyət Mərkəzi
ölkəmizin dünya mədəniyyətinin pay-
taxtında təbliğ olunması istiqamətində
atılan ən mühüm addımlardan biri-
dir. Xüsusi əhəmiyyəti ilə seçilən bu
mədəniyyət hadisəsi dünya gündəminə
mədəniyyətlərarası və sivilizasiyalarara-
sı dialoq platformasının aparıcı qüvvəsi
kimi daxil olan Azərbaycanın ən yüksək
səviyyədə tanıdılmasına xidmət edir.
Ölkəmizin qədim və zəngin tarixinə,
mədəniyyətinə dair eksponatların bir
məkanda təqdim edildiyi mərkəz Pari-
sin mədəni həyatında fəallığı ilə seçilən
Azərbaycanın bu sahədə həyata ke-
çirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə
də böyük imkanlar açır. Azərbaycan
Mədəniyyət Mərkəzi həm də ölkəmizə
sonsuz marağı təcəssüm etdirir.
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehri-
ban Əliyevanın ölkəmizin xaricdə ta-
nıdılması istiqamətində həyata keçir-
diyi tədbirlərin mühüm hissəsi Parisin
mədəni həyatı ilə bağlıdır. Yeni mədə­
niyyət ocağı isə bu sahədə işlərin daha
da gücləndirilməsinə, vahid mərkəzdən
idarə olunmasına və daha səmərəli
fəaliyyətin qurulmasına geniş imkanlar
açacaqdır.
Mərkəzin binası 1904-cü ildə inşa
olunmuş ta­ri­xi tikilidir. Üç min kvadrat-
metr sahəsi olan mərkəz Parisdə bir növ
Azərbaycanın mədəniyyət ocağı funksi-
yasını yerinə yetirəcək və ölkəmizlə bağ-
lı müxtəlif humanitar tədbirlərin təşkil
olunmasına geniş imkanlar açacaqdır.
Prezident İlham Əliyev Azərbaycan
Mədə­niyyət Mərkəzinin həyətində
dövlət bayrağımızı qaldırıb.
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...148