6
Prezident İlham Əliyev
Xalça Muzeyinin yeni binasında sərgilərin
tərtibatının təşkili ilə tanış olmuşdur
Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur.
Azərbaycan xalçaçılıq sənəti sahəsində
dünyanın aparıcı ölkələrindən biridir. Tətbiqi
sənətin nadir nümunələrinin toplandığı Xalça
Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlar-
da yerləşmişdir. Ölkəmizin nadir incilərindən
olan xalçaların daha geniş və səmərəli nü-
mayişi məqsədilə Prezident İlham Əliyevin
Sərəncamına əsasən Muzey üçün xüsusi binanın
tikilməsi qərara alınmışdı. Hazırda orijinal üs-
lubda inşa olunmuş binada tikinti-quraşdırma
işləri tam başa çatdırılaraq son tamamlama işləri
aparılır. Burada 15 mindən çox eksponatdan
ibarət nadir kolleksiya mühafizə olunur. Bu kol-
leksiyanın tamaşaçılara təqdimatı üçün binada
müasir tipli sərginin nümunəsi yaradılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qara-
yev məlumat verdi ki, müəllifi tanınmış avstri-
yalı memar Frans Yants olan Muzeyin yeni bi-
nasının əsas təyinatına ekspozisiya sərgilərinin
təşkili, maarifləndirici proqramların işlənib
hazırlanması, qeyri-maddi mədəni irsin qorun-
ması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi
daxildir.
Muzeydə suvenir mağazası fəaliyyət göstərə­
cək­dir. Muzeyin kolleksiyasında, həmçinin XIX
əsrin sonundan XX əsrin əvvəlinədək ölkəmizin
müxtəlif bölgələrində hazırlanmış zərgərlik
sənətinin nadir nümunələri toplanmışdır.
Zirzəmidəki seyf otağı məhz həmin məmulatın
saxlanılması üçün nəzərdə tutulmuşdur. Burada
yaradılmış “A1” kateqoriyalı qoruma sisteminə
əsasən seyf yalnız barmaq izi ilə açılır.
Dövlətimizin başçısı fondların qorunması
otağına da baxdı. Burada ilk dəfə Azərbaycanda
elektron idarəetmə və elektron yaddaşlı sistem
qurulmuşdur.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...148