7
Diqqətə çatdırıldı ki, Xalça Muzeyinin eks-
ponatlarının sonradan yeni binanın müasir
fondların qorunması otağında yerləşdirilməsi
məqsədilə onların müvafiq vəziyyətə gətirilməsi
üçün bir neçə ay vaxt tələb olunur. Muzeyin eks-
pozisiyası xalça sənətində əsas bədii istiqamətləri
dəqiq əks etdirməklə onların özünəməxsus
xüsusiyyətlərini, həmçinin materiallarını, işlə­
mə­lərin texnikasını, incə və çox dərin bədii
xüsusiyyətləri ilə ahəngdarlığını, aydın şəkildə
təsnifatını açıq göstərir.
Prezident İlham Əliyev Xalça Muzeyinin
yeni binasında ekspozisiyanın yerləşdirilməsi
sxeminə baxdı. Burada Muzeyin 3D görüntüsü
də təqdim olunur.
Xalçaların toxunması və naxışları barədə qısa
filmin təqdimatından sonra dövlətimizin başçısı
sərgilənən xalçalarla tanış oldu.
Ekspozisiyadakı xalçalar arasında XVII, XVI-
II, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli
kompozisiyalara rast gəlmək olar. Burada, həm­
çinin zamanın diktə etdiyi ənənəvi
xalq üslublu süjetlərin müəllifi
olan rəssamların müasir işləri əks
etdirilir.
Prezident İlham Əliyev Azər­
bay­­canda ən böyük ölçülü xalçaya
baxdı.
Muzeyin sərgi konsepsiyası adi
sərgilərdən fərqlənir. Əsas ekspo-
natlar – xalçalar qövsşəkilli divar-
lardan asılır, onların da əksi bütün
yuxarı mərtəbələrdən görünür.
Bunun sayəsində sər­ginin böyük
hissəsini müxtəlif rakurslardan
izlə­mək mümkündür. Hər mərtəbədə muze-
yin fondundan digər əşyaların və eksponatla-
rın sərgilənməsi üçün vitrinlər və platformalar
quraşdırılmışdır ki, bu da sərgiyə tam dolğun-
luq verir və tamaşaçıların sərgini daha yaxşı
izləməsinə şərait yaradır. Muzeydə nümayiş
zalı da vardır. Burada xalçalar, naxışlar, xalçaçı-
lıq sənətindəki ənənələr barədə filmlər nümayiş
olunacaqdır.
Dövlətimizin başçısı buradakı xidməti otaqla-
ra da baxdı.
Bildirildi ki, terrasda açıq səma altında sərgi­
lərin təşkili mümkün olacaqdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin yeni binasında sərgilərin
tərti­batının təşkili ilə tanış olan Prezident İlham
Əliyev tapşırıq və tövsiyələrini verdi.
© AzərTAc
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...148