180
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
Mürəkəb dolama texnikası ilə toxunan bu xalçanın ara sahəsini böyük ölçülü həndəsi və rombvari elementlər
bəzəyir. Əsas rənglər qırmızı, mavi, firuzəyi, sarı, sürməyi və ağdır.
Zilinin ara sahəsində təsvir edilən böyük ölçülü həndəsi elementlərin içərisində, kənar hissələrdə nöqtəvari
və rombvari elementlər onun bədii keyfiyyətini yüksəldir və daha baxımlı edir. Böyük ölçülü həndəsi elementlərin
ətrafında onları dörd tərəfdən əhatə edən rombvari naxışlar zilinin ümumi kompozisiyasını tamamlayır və xüsusi
gözəllik verir. Göllərin ətrafında təsvir edilən bu rombvari elementlər enli haşiyədə də eyni ölçüdə təsvir edilmişdir.
Zilini iki ensiz mavi və tünd qırmızı rombvari, zəncirəbənzər mədaxillər əhatə edir.
Zili yüksək keyfiyyətli əl üsulu ilə əyrilən və təbii boyaqlarla boyanan iplərdən toxunmuşdur.
İki hissədən ibarət olan bu zilinin ara sahəsini içərisində rombvari nəqşlər yerləşdirilən dördbucaqlı həndəsi
elementlər bəzəyir. Enli haşiyədəki motivlər ara sahədəki motivlərlə eyni olub yalnız ölçülərinə görə fərqlənirlər.
Açıq qəhvəyi, tünd qırmızı, ağ, tünd yaşıl, sürməyi rənglərin qanunauyğunluqla uzlaşmasından baxımlı bir
kompozisiya quruluşuna malik bir sənət əsəri yaradılmışdır.
Zili yüksək keyfiyyətli, əl üsulu ilə əyrilən və təbii boyaqlarla boyanan iplərdən istehsal edilmişdir.
Этот ковер был соткан в сложной технике обматывания. Красное поле разделено на квадраты,
которые заполнены белыми, красными, бирюзовыми и ярко-синими квадратами.
Квадраты заполнены более мелкими квадратами и ромбами. Решетка, которая формирует квадраты
поля, состоит из красных, белых, желтых и бирюзовых клеток, заполненных ромбами. Эти ромбы также
повторяются в широкой кайме.
Вся поле окружено двумя красными и ярко-синими узкими полосами с узором из ромбов, выстроенных
в виде цепочки
Этот ковер ручной работы высокого качества соткан из пряжи, окрашенной натуральными
красителями.
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:42 PM Page 180
1...,170,171,172,173,174,175,176,177,178,179 181,182,183,184,185,186,187,188,189,190,...274