Qarğabazar.
Füzuli rayonu. 1684 il.
At heykəli.
Ağdam rayonu, XVIII əsr.
Gövhərağa məscidi.
Şuşa şəhəri, XIX əsr.
edilməsinə çalışırdı. Tiflisdə elan edilmiş
Ermənistan Respublikası da Qarabağa
əsassız iddia irəli sürürdü. Azərbaycan
hökuməti bu iddianı qətiyyətlə rədd
etdi. Azərbaycan Xalq Cümhuriyyətinin
sülhsevər siyasətinə baxmayaraq, ermənilər
Qarabağda hakimiyyətə nail olmaq üçün
əvvəllər başladıqları soyqırımı siyasətini
davam etdirirdilər. Cümhuriyyət hökuməti
yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu
il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl
və Zəngəzur qəzalarına general-qubernator
təyin edilməsi haqqında” qərar qəbul etdi.
Bu vəzifəyə Xosrovpaşa bəy Sultanov
təyin edildi. X.Sultanov 1919-cu ilin
fevralında Şuşaya gələrək, vəzifəsinin
icrasına başladı. Ermənistan Respublikasının
etirazına, ingilis və amerikanlarla gərgin
münasibətlərə baxmayaraq, Qarabağda
qarşıya qoyulan vəzifələrin həlli sahəsində
mühüm işlər görüldü. Ermənilər isə
Qarabağda etnik təmizləmə siyasətini
davam etdirməyə cəhd göstərir, Cavanşir,
Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında
azərbaycanlılara qarşı qırğınlar törədirdilər.
Ermənilərin bolşevik Rusiyasının sifarişi
ilə Qarabağda apardığı separatçı və işğalçı
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
nəticəsində ermənilərin inzibati idarəçilikdə
möhkəmlənməsi, köçürülmə prosesində saylarının
mexaniki surətdə artırılması onların iqtisadi
potensialının
möhkəmləndirilməsilə
müşayiət
olunurdu. Ermənilər çarizmin hərtərəfli dəstəyi
və yaratdığı əlverişli şərait sayəsində Qarabağın
iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə,
sosial-iqtisadi, hərbi-siyasi və mədəni həyatın bütün
sahələrində yer alan ermənilər Rusiyaya arxalanaraq,
sərsəm “Böyük Ermənistan” xülyasının reallaş-
dırılması uğrunda açıq mübarizəyə başladılar. Bu
bədnam siyasətin əsas tərkib hissələrindən biri də
Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan
torpaqlarının
yerli
türk-müsəlman
əhalisini
məhv etmək və bu torpaqları ələ keçirmək idi.
Ermənilərin 1890-cı ildən Osmanlı dövlətində
mərkəzi hakimiyyətə qarşı xəyanətkar çıxışları
uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin
mərkəzinin Şimali Azərbaycana 1918-ci ildə Bakıda
və Azərbaycanın digər bölgələrində daha dəhşətli
soyqırımı törətdilər.
1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması Qarabağın da tarixində
mühüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın
bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib
hissəsi sayır və burada siyasi hakimiyyətininbərqərar
9
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...68