Azərbaycan Xalq Cümhuriyyəti.
1918-1920-ci illər.
müharibə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi
qüvvəsini daim həmin regiona cəlb edirdi ki, bu da dövlətin
şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vururdu.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti
süqut etdikdən sonra, mayın birinci yarısında Şuşa,
Cəbrayıl, Cavanşir qəzalarında sovet hakimiyyəti quruldu.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə
köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi
ermənilərə verildi.Nəticədə, Naxçıvanla Azərbaycanın
digər torpaqları bir-birindən ayrı salındı.
1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması
ilə gələcək erməni separatçılığının əsası qoyuldu. Bununla
yanaşı, Ermənistan SSR hökuməti də Dağlıq Qarabağa
olan iddialarını davam etdirdi. 1920-30-cu illərdə
istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər
müharibəsindən sonra yenidən fəallaşdılar. Ermənistan
K(b)P MK katibi Q.Arutyunov 1945-ci ilin noyabrında
Stalinə müraciət edərək, Azərbaycan SSR-in DQMV-nin
Qarabağ vilayəti kimi Ermənistan SSR-in tərkibinə daxil
edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin
mətni ÜİK(b)P MK katibi G.M. Malenkov tərəfindən
təklif üçün Azərbaycan K(b)P MK katibi M.C.Bağırova
göndərildi. Bağırovun 1945-ci il 10 dekabr tarixli cavab
məktubunda təkzibolunmaz faktlar əsasında sübut edilirdi
ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç
vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da
bitişik deyildir”. Bu və digər inkaredilməz faktlardan sonra
Ermənistan SSR-in iddiası baş tutmadı.
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən
Ermənistan 1980-ci illərin sonlarında yaranmış əlverişli
şəraitdən istifadə edib, faktik olaraq müharibəyə başladı.
Rusiya hərbi qüvvələrinin köməyilə 1992-ci ilin fevralında
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi, daha
sonra Dağlıq Qarabağla birgə onun ətrafındakı 7 rayon
(respublika ərazisinin 20%-i) işğal olundu, bir milyona
yaxın azərbaycanlı dədə-baba yurdundan didərgin salındı.
10
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...68