11
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
Ermənistanın işğal etdiyi torpaqları azad etməsinə dair
4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etsə də,
Ermənistan onları yerinə yetirməkdən boyun qaçırdı.
Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının
azadedilməsi, dövlətinərazi bütövlüyününbərpaolunması,
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə və ədalətli həll edilməsi üçün dönmədən fəal
siyasət yeridir.
Qarabağ keçmiş zamanlardan etibarən Azərbaycanın
əsas iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub.
Burada qədim və orta əsrlərdə Azərbaycanın Bərdə,
Beyləqan və bu kimi başqa şəhərləri təşəkkül tapıb. Bərdə
şəhəri Albaniyanın paytaxtı kimi böyük iqtisadi funksiyanı
da həyata keçirib. Yeni dövrdə Şuşa şəhəri yüksək inkişaf
mərhələsinə çatıb. Qarabağdünyanın əsas ticarətmərkəzləri
ilə əlaqələrə malik olub, burada istehsal olunan sənətkarlıq
məhsulları həmin mərkəzlərə göndərilib. Qarabağ, nəinki
Azərbaycan, eləcə də bəşər sivilizasiyasına layiqli töhfələr
bəxş edib, dünya musiqisinin nadir incilərindən olan
muğamın inkişafına böyük təkan verib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın
ən mühüm özəlliklərindən biri də özünəməxsus xalçaçılıq
məktəbinin formalaşmasındadır.
Kərim ŞÜKÜROV
tarix elmləri doktoru
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...68