19
Çələbi xalçası məişətdə.
Quzanlı kəndi. Ağdam.
Şuşa Qarabağ xanlığının
pay­tax­tı olduğu dövrdə şəhərdə və
onun kənd­l­ə­rin­də klassik çeşnili
xalçalar to­xunurdu. XIX əsrdə
burada ənə­nə­vi naxışlarla ya­na­
şı Rusiyadan, elə­cə də Avropadan
gətirilmiş məcməyi, ətir­li sabun,
çit və digər müxtəlif məi­şət
əşyalarının üzərindən
gö­tü­rül­müş naxışlardan yeni xalça
kom­po­zisiyaları - “Bağçada güllər”,
“Sax­sı­da güllər”, “Bulud” və s.
çeşnilər toxu­nur­du.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
mə­sinə əlverişli coğrafi şərait, toxuculuq üçün yararlı xammal
ehtiyatının bollu­ğu və məişətdə bu xammalın geniş tətbiq
edilməsi başlıca səbəb olmuşdur. İs­tər daxili, istərsə də xarici
bazarda Qarabağ xalçalarına olan tələbat onun in­kişafına
hərtərəfli təsir göstərmişdi.
Şuşa İran, Türkiyə, Ərəbistan, Hin­dis­tan, Rusiya ilə karvan
ticarət yolla­rı­nın qov­şağında yerləşdiyi, həmçinin Qa­rabağın və
bütövlükdə Cənubi Qaf­qa­zın so­sial-iqtisadi həyatında xüsusi
yer tutduğu üçün burada xalçaçılıq döv­rün tələbatına uyğun
olaraq daim tək­mil­ləşmiş, bədii və texnoloji cəhətdən yük­sək sə­
viyyəyə çatmışdı.
XIX əsrdə Şuşada yüksək toxuculuq məharəti ilə seçilən
sənətkarlar ça­lı­şır­dılar. Burada Xorasan xal­çala­rından da üstün
keyfiyyətdə olan xalçalar toxunurdu.
Azərbaycan xalça­çılığının Qa­ra­bağ qrupuna daxil olan
xalçalar ara­sın­da özü­nə­məx­sus bədii və texnoloji xü­susiyyətləri
ilə seçilən Şu­şa xalçaları XIX əsrin son­la­rın­da daha böyük uğurlar
qa­zanmışdı.
Azərbaycanın digər böl­gə­lərində olduğu kimi, Qara­bağ­­da
da xalçalar xovlu və xov­suz texnika ilə toxunmaq­la iki qrupa
bölünür. Birinci qru­pa xovsuz tex­nika ilə toxu­nan həsir, çətən,
buriya, pa­laz, cecim, kilim, vərni, şəddə, zili, su­max və ladı adlı
xal­ça­lar daxildir. Xovsuz xalçalar qru­puna daxil olan xalça və
xal­ça mə­mulatlarının toxu­nu­şu arğacların əriş ip­lə­rinə “sa­də
keçirt­mə”, mü­rək­kəb ke­çirtmə və “sadə do­lama” üsu­lu ilə əmələ
gəlir.
İkinci qrup xovlu xal­ça­lar­dır. Bu qrupa xalı və xalçalar da­
xildir. Xovlu xal­ça­ların to­xu­nuşu “düyünləmə” üsulu, yəni
“dolama ilmə” və yaxud “qül­labı il­mə” ilə əmələ gəlir.
Sənətşünaslar xovlu və xov­suz xalçaların keçdiyi in­kişaf
yolunu dörd əsas və ar­dıcıl dövrə bölürlər.
Birinci dövr xalça sənətinin ibtidai dövrüdür. Qa­ra­bağ­
da toxunan palaz və ce­cim­lər bu dövrə aid edilir. Bu dövrdə
toxunan xalça mə­mulatı bəzəksiz, saya yerli və birrəngili olurdu.
Sonralar toxucular heyvan yunlarının təbii rənglərindən istifa­də
edərək zolaqlı palazları yaratmışlar.
Xalça sənətinin ibtidai dövrünü təşkil edən və
keçirtmə üsulu ilə toxunan palaz zolaqlarının
üç bədii inkişaf forması vardır:
Palazın çayda yuyulması
Səhləb kəndi. Tərtər rayonu.
Qarabağın “Açma-yumma ” xalçası kəndli
həyətində. Səhləb kəndi. Tərtər rayonu.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...68