Xurcun.
Qarabağ. XIX əsr.
Xovsuz. İpək.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
Laçında, Beylə­qanda və Kəl­bə­cərdə də toxunmuşdur. Adı çəkilən böl­gələrdə
sumax texnikası ilə xalça məmulatları da toxunmuşdur.
Xovsuz xalçaların və xalça məmulatlarının özünəməxsus ornamentləri
olur. Bu elementlər üçün palaz zolaqları, kilimlərə xas olan klas­sik ele­ment­lər,
şəddə və vərni elementləri, zili, ladı, sumax elementləri adı altın­da birləşərək
bir-birindən fərqlənirlər.
Qədim zamanlardan bu günümüzədək istehsal edilən xovsuz xalçalar
bütün dövrlərdə digər bölgələrdə olduğu kimi, Qarabağ bölgəsində ya­
şayan əhalinin məişətinin ayrılmaz hissəsi olmuşdur. Qədim xalça ustaları
məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü və şair məişət əşyalarının yüngül
və yumşaq olmasını nəzərə alaraq, onların əksəriyyətini xovsuz xalçaların
toxuma texnikası ilə istehsal edirdilər. Bu adət indi də davam etməkdədir.
Xalça toxuma sənətinin dördüncü dövrü düyünləmə, yəni əvvəllər do­
lama ilmə, sonralar isə qüllabı ilmə texnikası ilə əmələ gələn xovlu xalça
toxuma üsulunun inkişaf etdiyi dövrdür. Bu dövr istər texniki, istərsə də
bədii cəhətdən xalça sənətinin yüksək inkişaf dövrü hesab edilir. Hələ era­
mızdan əvvəl tətbiq olunan ilmə dü­yün texnikası, bütün başqa üsul­lardan
fərqli olaraq, mü­rək­kəb kompozisiyaların tətbiq edilməsinə imkan ya­ratmış­
dır. Bu tex­ni­ka­nın inki­şafı ilə əlaqədar yeni isteh­sal alətləri (dəmir qayçı, bı­
çaq) mey­dana gəl­mişdir. İs­tər xov­lu və istərsə də xovsuz xal­çaların toxunma
pro­se­sin­də di­gər istehsal alət­lərindən (həvə və kirkidən) istifadə etmişlər.
Xalça sənətinin tədqiqatı iləməşğul olan sənətşünaslar Qarabağ xalçalarını
üç qrupa bölürlər:
1. Aran qrupu. Bu qrupa Bərdə vəAğcabədi rayonlarının xalçaları daxil­dir.
Bərdə rayonunun keç­miş­də məşhur olan “Bərdə”, “Xan-Qərvənd”, “Açma-
yum­ma”, “Aran”, “Qoca”, “Buy­nuz”, “Dəryanur”, “Balıq“, “Şaba­lıd buta”
adlı xovlu xal­ça­ları və şəddə, vərni və zili ki­mi xovsuz xalçaları olmuşdur.
Bu qrupa daxil olan xal­ça­ları xalça ustaları “Aran” xal­çası da adlandırırdılar.
Nax­çıvan xalçası da texniki xüsusiyyətlərinə görə Qara­bağ xalçalarına uyğun
oldu­ğu üçün bu qrupa daxil edilir.
Ağcabədinin xovlu xal­ça­la­rından “Ləmbəran”, “Qara­bağ”, “Xantirmə”
və xovsuz xal­çalarından cecim və zililər də çox yayılmışdır. Bu rayon­da
“Qaraqoyunlu” xalçası da toxunmuşdur.
2. Şuşa qrupu. Bu qrupa “Malı­bəyli”, “Ləmpə”, “Bağ­çad­a güllər”,
“Saxsıda güllər”, “Nəlbəkigül”, “Bulud” adlı məşhur xalçalar daxildir.
Burada “Atlı-itli”, “Rüstəm və Söhrab”, “Dəryanur” adlı xalçalar da to­xu­
nur­du. Şuşa qrupuna daxil olan “Ləmpə” xalçası Qarabağın bütün xal­ça­çı­lıq
mərkəzlərində toxunmuşdur.
3. Cəbrayıl qrupu. Bu qrupa “Xanlıq“, “Qa­raqoyunlu”, “Qubadlı”,
“Kürd”, “Qasımu­şa­ğı”, “Bəhmənli”, “Muğan”, “Talış”, xovsuz xal­ça­lar­dan
isə palaz və kilimlər daxildir.
Qarabağın dağlıq zonasında XIX əsrdə xal­ça istehsalında Şuşa ilə yanaşı,
Daş­bu­laq, Dov­şanlı, Çanaqçı, Tuğ, Tağlar və digər kənd­lər əsas rol oynamışlar.
Dağlıq zo­naya nisbə­tən şübhəsiz ki, xammalla daha yaxşı təmin olun­muş aran
rayonla­rın­da Cəbrayıl, Ağdam, Bər­də, Füzuli və Yev­lax xalça istehsalında əsas
yer tutur. Bu mərkəzlərin hər birində, əha­lisi sa­tış üçün intensiv şəkildə xalça
toxu­yan, müəy­yən miqdarda kəndlər mövcud olmuş­dur. Qa­rabağın xovlu və
xovsuz xal­ça­la­rının öl­çüsü baş­qa xalçalara nisbətən bö­yük­dür. Bu bölgədə 2
kv. m.-dən 20 kv. m-ə kimi öl­çüsü olan xal­ça­lar toxunurdu. Bəzən ölçüsü 25 və
30 kv. metr olan xalçalara da rast gəl­mək olur.
Qarabağın xalçalarının ilmə sıxlığı 30x30-dan 40x40-a
qədər olur. Bu bölgənin xalça­la­rın­da bir kv. metrdə 90.000-
dən 160.000-nə qədər ilmə yerləşir. Bəzən bir kv. metrdə
200.000 ilməsi olan xalçalara da təsadüf edi­lir. Bu xalçalar
qüllabı ilmə toxu­nuşlu olur.
21
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...68