23
İpək tikmə. “Qasımuşağı”. Qarabağ qrupu. Laçın. Azərbaycan.
XVII əsr. Şəxsi kolleksiya. 116 x 65
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
Qarabağ qrupuna daxil olan xalçaların ilmə
hündürlüyü, yəni qalınlığı 6 mm-dən 10 mm.-ə qədər olur.
Burada toxunan xalçalar əksər hallarda uzunsov olur. Bu
xalçaların sıxlığı orta və az olmasına baxmayaraq möh­kəm,
qalın və xeyli davamlı olur.
Qarabağ xalçalarının kompozisiyası zəngin olur, yəni
bu xalçalar mürəkkəb kompozisiya quruluşuna malikdir.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ
böl­gə­sində də xalça sənətinin inkişaf dövrünü təşkil
edən xovlu xalçaların kompozisiyası müxtəlif formalı
elementlərdən qurulmuşdur.
Ümumiyyətlə, xalça kompozisiyası iki hissədən ibarət
olur:
1. Ara sahə;
2. Haşiyə qurşağı.
Ara sahə ilə haşiyə ornamentləri bir-biri ilə üzvi surətdə
bağlı olur.
Qarabağ xalçalarının ara sahəsinin bə­zə­yi­ni bitki
elementləri, məişət əşyalarının təsvirləri, canlıların
təsvirləri (insan təsvirləri, heyvan təsvirləri), müxtəlif
formalı elementlər (pilləlilər, kvad­rat və düzbucaqlılar,
çoxbucaqlılar, qar­maq­lılar, dilikli-itibucaqlılar, sancaqlılar
və ya ti­kanlılar, dəyirmilər, sək­kiz­guşəli ulduzlar, qey­ri-
müəyyən formalılar) təşkil edir.
Qarabağ xalçalarında təsvir edilən bitki elementləri öz
formalarına görə iki növə bölünür:
1. Həndəsiləşdirilmiş elementlər;
2. Əyri xətli elementlər.
Həndəsiləşdirilmiş
elementlər,
əsasən,
xalça
kompozisiyasında dol­durucu elementlər kimi və yaxud
köməkçi, bağlayıcı rolunu oyna­yır­lar. Bu elementlər
Azərbaycanın digər böl­gə­lərinə nisbətən, Qarabağ qrupuna
daxil olan xalçalarda daha çox işlədilir.
Əyrixətlilər həndəsiləşmiş bitki element­lə­ri­nə nisbətən
daha da stilləşmiş formada olur. XV-XVI əsrlərdə Təbriz
xalça məktəbinin nü­mu­nələrində daha çox tətbiq edilən bu
formalar, nəinki “Qarabağ”, hətta Yaxın Şərq və Kiçik Asiya
xalça məktəbinə də qüvvətli təsir göstərmişdir.
Qarabağ xalçalarında müxtəlif heyvan təsvirlərinə – ev
heyvanlarına, vəhşi heyvanlara, o cümlədən quş və həşərat
təsvirlərinə rast gəlmək olur.
Qarabağ xalçalarında tez-tez rast gəlinən maral bütün
türklərin eyni rəmzi mənası olan ümumi totem idi. Türkdilli
xalqların təsəv­vü­ründə maral yüksəliş rəmzi və böyük güc
ni­şa­nə­si idi. Maralın dövri olaraq təzələnən ağa­cabənzər
buy­nuzları cavanlaşdırma, dai­ma təzələnmə və zamanın
gedişini geniş­lən­dir­mə rəmzi kimi yozulur.
Şumerlər
(Altay
türklərinin
Mesopata­mi­yada
məskunlaşmış nəsilləri hesab olunur) arabanı kəşf etdikdən
sonra ilk dəfə olaraq ona at qoşmuşlar. At toteminə sitayiş
günəş ilə əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış
olduğu yerlərdə ata böyük ehtiram olmuş və onların
ata sitayiş etməsi haqda çoxlu faktlar vardır. Altay ailəsi
qəbilələrinin buğa, şir, at, pələng, qartal, əjdaha, maral,
qurd kimi totemləri - dini rəmzləri məlumdur.
Su mənşəli sayılan buğa (öküz) qüvvət və qüdrəti
təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri
Şumerdə, Qafqaz Albani­ya­sın­da və Mərkəzi Asiyada
tapılmışdır.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...68