24
Ay səcdəgahı sayılan buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin
gerbinin mərkəzini bəzəyir. Buğa surətinin ay mənşəli olmasına bir işarə olaraq
onun buynuzları bilərəkdən aypara şəklində verilmişdir.
Qarabağ xalçalarında təsvir edilən pələng türk xalqlarının anlayışında
qüvvə təcəssümü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim
Azərbaycanda, Mərkəzi Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genea­
lo­gi­yasının təşəkkülündə böyük rol oynamışdır və əsas totemlərdən biri idi.
Pələng fiquru da qə­dim Altay astronomik təqvimində yer almışdır.
Qarabağ xalçalarında rast gəlinən qartal (tərlan) günəş, işıq mənbəyi
totemidir. Türk xalqlarının incəsənətində qartal günəş, od, ildırım və şimşək
hökm­darı sayılır.
Qarabağ xalçalarında tez-tez rast gəlinən əjdaha totemi Azərbaycanda,
Türkmənis­tan­da, habelə Sibir ərazilərində xalqların məişə­tində və
incəsənətində geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın həyatının
uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur.
Əjdaha güclülük, çeviklik, müdriklik, uzaq­görənlik təcəssümüdür. Şaman
mərasimlə­rin­də əjdahaların həmişə irəlidə gedib yola işıq sal­dıqları təsəvvür edilirdi.
Qədim insanlar əjda­hanın mövcudluğuna inanırdılar.
Qarabağ xalçalarında şir təsvirlərinə də təsadüf edilir. Şir Şərqdə ta qədimlərdən
gü­nəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qə­bul olunmuşdur. Şumerlərin müharibə
Allahı qa­nadlı şir şəklində təsvir edilirdi.
Qarabağ xalçalarında ümumi kompo­zi­si­ya­da əsas yer tutan və ən çox gözə çarpan
ele­ment­lər bütün xalça kompozisiyalarında olduğu kimi beş qrupa bölünür:
a) Butalar. Azərbaycan ornamentlərində çox geniş istifadə olunan buta Qarabağın
həm xovsuz, həm də xovlu xalçalarında təsvir edilir.
Əjdahalı xalça. “Xətai”. Qarabağ qrupu. Şuşa. Azərbaycan.
XVII əsr.
Şəxsi kolleksiya.
Yun. Xovlu. 224 x132
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...68