25
Azərbaycanın müxtəlif bölgələrində xalça kompozisiyasında kök salmış buta Qarabağ xalçalarında da müxtəlif
formalarda işlənmişdir. Qarabağın “Şabalıd buta” adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin “buta”
təsvirli xalçalarından seçilir.
b) Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu rolunu oynayır. Adətən uzunsov kətəbələrin üzərində
toxucular müxtəlif yazılar, süjetli kompozisiyalar və yaxud müstəqil quruluşlu ornametlər yerləşdirirlər.
c) Anagüllər. Xalça kompozisiyası üçün xarakterik olan bu elementlərin xalçaların adlarının müəyyənləşdirilməsində
əsas və əhəmiyyətli rolu vardır. Qarabağın “Qoca” adlı xalçasında “anagüllər” çox təkrar olunur.
ç) Göl və ya kiçik xonçalar. Qarabağ xalçalarında tez-tez rast gəlinən “göl”, “xonça”, “padnos” istilahları medalyon
mənasını daşıyır. Azərbaycanın bütün bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif
olduğu kimi, Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.
d) Qubbalar. Qubbalar əsas elementlər qru­puna daxildir və adətən xalça kompo­zi­si­ya­sın­da böyük göllərin başında
(qurtaracağında) yer­ləşdirilir. Toxu­cular bu elementləri “başlıq“ və yaxud “heykəlbaşı” adlandırırlar.
Haşiyə bəzəyinin elementləri iki növə bölünür:
1) Haşiyənin qarışlarını təşkil edən elementlər;
2) Haşiyə qurşağını təşkil edən zolaqlar.
Haşiyə qarışlarını təşkil edən elementlər ha­şiyələrin kompozisiyasını təşkil edir və qarışları əmələ gətirir. Bu elementlər
qarışyanı, bağlayıcı və ya qarışortası vəzifəsini daşıyır.
Haşiyə qurşağını təşkil edən elementlərə “su”lar, “siçandişilər”, “mədaxil­lər”, “zəncirələr”, “bala haşiyələr”, “ara
haşiyələr”, “cağ”lar aiddir.
Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bu rənglər Qarabağın təbii
coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəl­miş­dir. Bu bölgədə
qırmızı və çəhrayı rənglər bo­yaq (“marena”) bitkisindən və qırmızı rəng bə­zən “qırmız” adlanan qurddan, sarı və sa­rımtıl
rənglər sarıçöp, sa­rı­güldən, noxudu və ya şəkəri rənglər - soğan və alma qabığından, palıd rəngi - qoz qabığından, sürməyi
və göy rənglər - təbii indiqodan alınırdı.
Qarabağda təbii rənglərin boyama qabiliyyətini artırmaq məqsədilə toxucular arasın­da çox tətbiq edilən zəy, duz,
mal s­i­di­yin­dən və baş­qa bərkidici maddələrdən istifa­də edirdilər. XIX əsrin axırlarından başlayaraq Azərbaycanın bir çox
bölgələrində olduğu kimi Qara­bağda, xü­su­­silə Şuşada bəzən saxta boya (sabit olma­yan) ilə boyanan xalçalara da tə­sadüf
edilirdi. Əl­bəttə, Azərbaycan xal­ça­la­rına xas olmayan bu boyaq üsulu xalçaların bədii xüsusiyyətini azaldırdı.
Qarabağ xalça sənətinin rəng xüsusiyyətlərindən biri də budur ki, xalq us­taları tonların isti-soyuqluğunu,
kontrastlılığını, rəng ahəngdarlığını, qanun­auyğunluğunu yaxından hiss etmişlər və nəticədə göz oxşayan, xoşa­gəlim­li
rəng palitrası yaratmışlar.
“Sehrli ilmələr” qalereyasının Qarabağ kolleksiyasına daxil olan xalça­lar­dakı zəngin naxış tərtibatı, rəng uyğunluğu
buna bir daha sübutdur. Zəngin kolleksiyaya malik olan qa­le­reyada Azərbaycanın qocaman xalça us­ta­la­rının qədim
dövrlərdən bu günü­mü­zədək ya­ratdıqları kompozisiyalar ənənəvi surətdə bugünkü xalçalarda tətbiq edilməkdədir. Qara­
bağ bölgəsinin demək olar ki, bütün kompo­zi­siyaları toxucular tərəfindən yüksək pe­şəkarlıqla toxunur və bu sənətin
sirləri bugünkü və gələcək nəsillərə ötürülür.
Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu
diyara səfər etmiş səyahətçilərin, tədqiqatçıların diqqətini cəlb etmişdir.
Məişətə rahatlıq gətirən və gözəllik bəxş edən Azərbaycan xalçaları müxtəlif dövrlərdə əcnəbilərin zövqünü oxşamış
və onlarda alıcılıq həvəsini oyatmışdır.
Əcnəbilərin, əsasən, Amerika və avropalıların məişətinə nüfuz edən xalça və xalça komp
ozisiyası əsasında toxunan
tikmələr bu gün dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində
ən dəyərli və nadir incilər kimi saxlanılır və nümayiş etdirilir.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...68