Qırmızı yerlikli olan bu xalçanın ara sahəsində böyük ölçülü
medalyon təsvir edilmişdir. Medalyonun içərisində padnosa bənzər
element yerləşdirilmişdir. Medal­yonun ağ fonunda hər ləçəkdə
simmetrik qırmızı, mavi rəngli əjdaha təsvirləri, onların arasında
ağacabənzər səkkiz ədəd bitki elementləri qarmaqlı formada şaxə­lən­
miş­dir. Ara sahənin boşluqları müxtəlif ölçülü dörd ünsür, həndəsi və
nəbati elementlərlə doldurulmuşdur.
“Qasımuşağı” xalçaları üçün xarakterik olan “S” - hərfinə bənzər
nəqşlər toxucular arasında bitki elementi kimi yozulur və xalçanın
ümumi kompozisiyasını tamamlayır.
Xalçanın dörd bir küncündə təsvir edilən
qırmızı, yaşıl, qara rəngli qarmaqlar bədii tərtibatı
zənginləşdirir.
“Qasımuşağı”xalçasındakı öz ilkin formasını itirmiş əjdahaadlanan
elementlər “Xətai” – əjdahalı adlanan xalçalardan köçürülmüşdür.
Xalçanın ağ yerlikli haşiyəsində səkkizguşəli ulduza bənzər və
yaxud gülü xatırladan nəqşlər işlənmişdir.
Xalça yüksək keyfiyyətli, parlaq, yumşaq və əl üsulu ilə əyrilən
iplərdən toxunmuşdur.
30
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...68