62
Çəhrayıya çalan qırmızı yerlikli bu xalçanın ara sahəsinin əsas
bəzəyi müxtəlif ölçülü göllərdən ibarətdir. Rombvari formada olan
bu göllər xalçanın mərkəzində şaquli istiqamətdə bir-birinin ardınca
düzülərək çox diqqətəlayiq bir görkəm almışdır.
Göllərin aşağı və yuxarı hissəsində üçbucaq formalı qübbələr
xalçanın gözəlliyini tamamlayır və ümumi görünüşünü zənginləşdirir.
Qara yerlikli göllərin Qarabağın “Balıq”
xalçaları üçün xarakterik olan çiçək və yarpaqlarla
bəzədilmişdir.
Ara sahənin kənar hissələrində göllərin yarısı hər iki tərəfdə
xalça boyu düzülərək təsvir edilmişdir. Göllərin dörddə bir hissəsi
künclərdə yerləşdirilərək tam kompozisiya yaradılmışdır.
Xalçanın sürməyi yerlikli ana haşiyəsində bir-birinin ardınca su
axınını xatıırladan rombvari elementlər nəqş edilmişdir.Ana haşiyənin
yerliyinin göllərin yerliyi ilə eyni rənglə təkrarlanması xalçaya ciddi
görkəm verir. Bala haşiyələrin xalçanın ara sahəsinin rənglərinə uyğun
tərtibatı qanunauyğunluqla uzlaşaraq canlı vəhdət duyğusu yaradır.
Xalça əla keyfiyyətli, əl üsulu ilə əyrilən və təbii boyaqlarla boyanan
iplərdən toxunmuşdur.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68