5
əsrin əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-1468-
ci illər), Ağqoyunlu (1468-1501-ci illər), Səfəvilər (1501-
1736-ci illər) dövlətlərinin tərkib hissəsi idi.
Səfəvilər Qarabağ torpaqlarını bütöv halda Qarabağ
və ya Gəncə bəylərbəyliyində birləşdirdilər. Səfəvi-
Osmanlı müharibələri dövründə (1514-1555-ci illər,
1578-1590-cı illər və s.) Qarabağ əldən-ələ keçdi. 1590-cı
il müqaviləsindən sonra Osmanlı dövlətinin tərkibinə
qatılan Qarabağ torpaqlarında Müfəssəl dəftər tərtib
edilmişdi (1593-cü il). Həmin məlumata görə, Gəncə-
Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünürdü.
Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman,
qalanı isə qeyri-müsəlman idi. Qeyri-
müsəlman əhali isə xristianlaşmış (və
ya qriqorianlaşmaqda olan) albanlar idi.
XVIII əsrin birinci rübündə Azərbaycan
torpaqları İran, Rusiya və Osmanlı
dövlətləri arasında bölüşdürüldükdə
Qarabağ Osmanlı dövlətinin tərkibində
qaldı. Bu dövrə aid Osmanlı dəftərləri
azərbaycanlıların bölgənin əsas əhalisi
olduğunu sübut edir. Hesablamalara
görə, 1727-ci ildə Gəncə-Qarabağ
əyalətindəki 122 min nəfərədək əhalinin
80,3 min nəfəri (66%) azərbaycanlılar,
37,8 min nəfəri (31%) qriqorianlaşmış
albanlar, 3,7 min nəfəri (3%) kürdlər idi.
Azərbaycan torpaqlarının bölüşdürülməsində fəal
iştirak edərək, Xəzəryanı torpaqları ələ keçirən Rusiya
çarı I Pyotr (1682/89-1725-ci illər) bu torpaqlarda
möhkəmlənmək və işğalçılıq planlarını genişləndirmək
üçün ermənilərdən istifadə edilməsinə böyük önəm
verirdi.
Bu məqsədlə o, 1724-cü il noyabrın 10-da erməni
xalqına fərman imzaladı. Fərmanda ermənilərin
işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi,
Gəncəsər monastırı.
Kəlbəcər rayonu
Vəngli kəndi. 1238-ci il.
Zoomorf saxsı qab.
E.ə. IX-VII əsrlər. Füzuli rayonu,
Mollaməhərrəmli kəndi.
Azərbaycan xalçaları
/
QARABAĞ QRUPU
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...68