6
onlara mehribanlıq göstərilməsi, boşalmış evlərin,
münbit torpaqların onlara verilməsi, mühafizələrinin
təşkil edilməsi, bütün bunları həyata keçirmək üçün
müsəlmanların doğma yerlərindən deportasiyası nəzərdə
tutulurdu.
Sonuncu Səfəvi hökmdarı III Abbası (1732-1736- cı illər)
yıxaraq, hakimiyyətə gələn Nadir şahı (1736- 1747-ci illər)
qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-
Qarabağ bəylərbəyliyinə qarşı cəza tədbirləri də Qarabağın
alban məlikliklərinin mövqeyini gücləndirdi və onların
separatizminə təkan verdi.
Nadirin ölümündən (1747-ci il) sonra Azərbaycan
ərazisində xanlıqlar yarandı. Keçmiş Gəncə-Qarabağ
əyalətində iki xanlıq - Gəncə və Qarabağ xanlıqları
meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik
tarixində mühüm yer tutdu. Xanlığın banisi Pənahəli xan
(1747-1763-cü illər) onun siyasi, sosial-iqtisadi və mədəni
inkişafı sahəsində ciddi tədbirlər həyata keçirdi. Xanlığın
siyasi mərkəzi kimi, Şuşa şəhərinin əhəmiyyəti artdı.
Qarabağ-alban məlikliklərinin separatçılıq fəaliyyətinə
qarşı qətiyyətli mübarizə aparıldı. Xanlığı daha da inkişaf
etdirmək və Azərbaycan torpaqlarını birləşdirmək
sahəsində Pənah xanın fəaliyyətini oğlu İbrahimxəlil xan
(1763- 1806-cı illər) davam etdirdi. Məlikliklər və onlara
köməklik göstərən Rusiya imperiyasının xanlığa qarşı
təşkil etdiyi “səlib yürüşü” boşa çıxdı. XVIII əsrin sonunda
Ağa Məhəmməd şah Qacar (1795-1797-ci illər) tərəfindən
Qarabağ xanlığına qarşı təhlükə artdı. 1795-ci ildə həyata
keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə
tab gətirsə də, 1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirə
bildi. Lakin burada sui-qəsd nəticəsində öldürüldü. XVIII
əsrin sonu - XIX əsrin əvvəllərində Rusiya imperiyasının
Cənubi Qafqazda işğalçılıq fəaliyyəti yenidən genişləndi.
1801-ci ildə Şərqi Gürcüstan imperiyaya qatıldı, 1803-cü
ildə Car-Balakən, 1804-cü ildə Gəncə xanlığı işğal olundu.
Belə bir tarixi şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası
ilə Kürəkçay müqaviləsini (1805-ci il 14 may) imzaladı.
Xanlıq, əslində, Rusiyaya ilhaq edildi. Qarabağda işğal
rejiminin qurulmasına başlandı. 1806-cı ildə İbrahim xan
ailə üzvləri ilə birlikdə vəhşicəsinə qətlə yetirildi. Belə bir
şəraitdə xanlığa keçən Mehdiqulu xanın (1806-1822-ci illər)
hakimiyyəti möhkəm deyildi. Çar Rusiyası yerli və üstün
mövqeyə malik olan müsəlman hakim təbəqənin iqtisadi
mövqelərini məqsədyönlü şəkildə zəiflətməyə, əksinə,
mövqeyi zəif olan ermənilərin rolunu artırmağa çalışırdı.
Bu məqsədlə Qarabağ xanlığı ləğv edilərək (1822-ci il)
adi əyalətə çevrildi. Qarabağda komendant idarə üsulu
yaradıldı. Qarabağ əyaləti Hərbi-müsəlman dairəsinin
(mərkəzi Şuşa) tərkibinədaxil edildi. Budövrdəəslənerməni
olan general-leytenant V.Q.Mədətov Qarabağda, sözün əsl
mənasında, erməni-Rusiya müstəmləkə sistemi yaratdı.
Çar Rusiyasının 1840-cı il 10 aprel tarixli idarə-inzibati
Qarabağ xanı İbrahim xana məxsus şeşpər.
Şeşpərin üzəri qızılı nəbati ornamentlərlə
işlənmişdir. XVIII əsr. Hazırda Milli Azərbaycan
Tarixi muzeyində mühafizə olunur.
Şuşa qala
divarları və
bürcü.
XVIII əsr.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...68