98
98
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
“Ləmbəli” xalçası böyük klassik ənə­nə
əsasında Qasımlı kəndində toxunub. Xalq ara-
sında bu kompozisiyaya “Təkgöl Ləmbəli”
də deyirlər. Qasımlı kəndinin zəngin tarixi və
böyük xalçaçılıq ənənəsi var. Müxtəlif naxışla-
rın əlavə olunması ilə bu tip xalçalar 350x220,
300x200 və 280x180 sm ölçülərində toxu­nub.
Həm­çinin burada kilim, xurcun, cecim, çul,
zili, məfrəş kimi texnoloji və bədii baxım-
dan kamil xovsuz xalçalar da toxunmuşdur.
Kəndin zəngin təbiəti müxtəlif çalarlı rənglərin
alınmasına xidmət etmişdir. Yerli qoyunların
zərif yunu isə xalçaların keyfiyyətli alınmasına
imkan verirdi. Kəndin ip əyirmək və boyamaq
ənənəsi çox qədimə gedib çıxır. Hündür və
yumşaq xov, rənglərin təbiiliyindən irəli gələn
canlı kolorit, iri həcmli mücər­rəd motivlər xal-
çanın dəyərini daha da yük­səldir.
Xalça ara sahə və yeləndən ibarətdir. Yelən
özlüyündə dörd cərgədən qurulub, bu cərgələri
bəzəyən bütün naxışlar nəbati mənşəlidir.
Lakin onların arasında yalnız bir cüt bala
haşiyə təkrarlanır, ana haşiyə isə çox maraqlı
tərtibatdadır. Budaqşəkilli salxımlar, yarpaqlar
və nar – bu növ naxış toplamı “Ləmbəli” xal-
çası üçün çox xarakterikdir. Bəzən “Ləmbəli”
xalçasının ara sahəsinin künclərində, bu növ
nar və budaqlar toxunur. Xalça­nın yaşıl rəngli
ara sahəsindəki iri uzun­sov gölün içərisində
yerləşdirilmiş sək­kiz­bu­caqlı xonçanın içərisini
qeyri-müəy­yən formalı damğa bəzəyir. Gölün
ətrafı qarmaq olsa da yenə də əsas aparıcı gö-
lün daxilinə görə bütün baş və ətək hissədə
narlar toxunub. Xalçanın baş hissəsində yerli-
yin üzərində asimmetrik formalı quş təsvirləri,
ətək hissədə ağaclar toxunub. Xalça üzərində
türk damğası ilə yanaşı bütövlükdə türk xalq-
larına məxsus olan real bədii təsvir üslubun-
dan da istifadə edilmişdir.
Xalçada yeddi rəngdən istifadə olunub. Bu-
rada istifadə olunan yaşıl rəng Borçalıda toxu-
nan xalçalar üçün spesifikdir. Xovunun hün-
dürlüyü 1 sm, ilmə sıxlığı 24x45 sm-dir. Sax-
lanma vəziyyəti əladır. Xalça bədii, tarixi və
elmi əhəmiyyət kəsb edir. Azərbaycanda şəxsi
evdə saxlanılır.
1...,90,91,92,93,94,95,96,97,98,99 101,102,103,104,105,106,107,108,109,110,...124