101
101
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Xalça. “Dəmirçilər”. Yun. Xovlu. 410x105. XIX əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan.
məzmun daşıyan elementlərdir. Lakin bu məkan üzərində onlar fərqli tayfaların nişanları kimi çıxış edirlər. Naxışların
xalça üzərində düzülüşü çox pərakəndə tərzdədir. Çox zaman asimmetriyaya yol verilir. Dövrünə görə onlar fərqli za-
manlarda meydana gəlmişlər, lakin dəyişmədən qorunub saxlanmışlar. “Dəmirçilər” xalçasının kompozisiyası, naxış həlli,
toxunma üslubu və rəngləri şəhərdə toxunan heç bir xalçanı təkrarlamır. Xalça maldar köçmə mədəniyyətini, yarandığı
ərazinin bədii ənənəsini özündə yaşadır.
Xalçanın ipləri əl ilə əyrilmiş və toxucu tərəfindən boyanmışdır. İplər təmiz quzu yunundan alınmışdır. Belə iplər əldə
etmək üçün yun təkrar-təkrar daranıb-əyrilir. Keyfiyyətli boyanmanın təmin olunması üçün eyni qoyundan olan quzuların
yunları bir neçə il ərzində toplanır. Belə xalçaların xovu çox da yüksək olmur. İlmə sıxlığı 35x50 sm-dir. Təbii boyalarla
yeddi əsas rəng alınmışdır. Saxlanma vəziyyəti əladır. Xalça bədii, elmi və tarixi əhəmiyyət kəsb edir; Azərbaycanda şəxsi
kolleksiyada saxlanılır.
1...,93,94,95,96,97,98,99,100,101,102 104,105,106,107,108,109,110,111,112,113,...124