102
102
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Qazax rayonunun Daş Salahlı kəndində to-
xunmuş bu kilimə xalq arasında “Qədirqə
kilim” deyirlər. Bu tip kilimlər müxtəlif
ölçülərdə Qazax, Ağstafa və Tovuz rayon-
larının kəndlərində də toxunur. Daş Salah-
lı kəndində kilimlərlə yanaşı cecim, palaz,
şəddə, at çulu, məfrəş, zili, duz torbası və
çuvallar da toxunmuşdur. Daş Salahlı kəndi
Avey dağının ətəyində yerləşir. Bu gün də
bu kənddə xovlu və xovsuz xalçalar toxun-
maqdadır. Daş Salahlı xalçaları və xovsuz
xalça məmulatları dünya şöhrəti qazanmış,
ekspertlərin, sənətşünasların marağına səbəb
olmuşdur. Nəşr olunan müxtəlif tədqiqatlarda
və əsərlərdə bu xalçaların bədii əhəmiyyəti
yüksək dəyərləndirilmişdir. Avey dağının aşa-
ğısında yerləşən Damcılı bulağı çox mənzərəli
yerdə yerləşir. Təbii çatlardan süzülən su dam-
cılarına görə bulaq “Damcılı” adlandırılmışdır.
Ümumi hündürlüyü min metrə çatan nəhəng
qayalardan süzülən saf və duru, buz kimi so-
yuq su damcı-damcı tökülür, aşağıdakı ovuc-
da yığılıb bulaq olur.  Avey Kiçik Qafqaz dağ-
larındakı zirvələrdən biri, ağ-bozumtul dağ
silsiləsidir. Burada hələ paleolit dövrünə aid
insan fəaliyyətinin izləri var. Qayada çapılmış
məbədlər, 30-a qədər süni mağara aşkar edil-
mişdir. Dağın başında qədim alban məbədi
var. Toponim Ay evi - Avey-Ayev kimi açıq-
lanır. Ümumən türklərdə Aya sitayiş qədim
dövrlərdən bəri geniş yayılıb. Daş Salahlı
kəndindən Xram çayına qədər uzanan, Avey
dağının cənub-şərqində Yataq yeri adlanan
ərazidə yerləşən Damcılı mağarasının sahəsi
360 kv.m, uzunluğu 17 metrdir. Avey dağı ma-
ğaralar qrupunda ən irisi olub, yarımdairəvi
şəkildədir. Qabaq hissəsi dağılmışdır. Burada
əsaslı arxeoloji qazıntı işləri aparılmış, qiymətli
maddi mədəniyyət nişanələri aşkar edilmişdir.
Mağaradan qarışıq təbəqədən 8 mindən artıq
arxeoloji material, daş kəsici alətlər, müxtəlif
heyvanlara aid sümüklər, kül izləri tapılıb.
Tapıntılar içərisində tünd-qırmızı təbii boya-
lara da təsadüf edilir. Diametri 2 metrə yaxın
ocaq yerindən xeyli əşya və qırıntılar əldə edil-
mişdir. Daş məmulatı hazırlanma texnikası və
formasına görə Orta paleolit, Üst paleolit, Me-
zolit və Neolit dövrlərinə aiddir. Bütün bun-
lar orada yaşayan qədim əhalinin həyat tərzi,
məşğuliyyətləri və bir insan toplumu kimi in-
kişaf səviyyələri barədə bilgi verir.
Təqdim olunan xalçanın toxuma üsulu
keçirmə, mürəkkəb keçirmə, ilgəkli dolama-
dır. Toxunmasında iki sapdan – əriş və arğac-
dan istifadə olunub. Sarı, qırmızı, sürməyi, ağ,
mavi rənglər əsas tonları təşkil edir. Kənar yan
tərəflərdə haşiyə zolağı yoxdur. Baş və ətək
hissədə isə naxışların ritmik və fərqli rəngdə
toxunması zolaqlara yelən forması verir.
Bu növ kilimdən alaçıqlar qurulub, çox vaxt
da çadırların qapısında pərdə kimi istifadə
edilib. Çünki kilimlərin üzərində olan kiçik
məsamələrdən (xalq arasında onlara dırnaq
deyilir) içəri işıq süzülürdü və beləliklə, alaçıq
daima işıqlı görünürdü. Eyni zamanda, Nov-
ruz bayramı ərəfəsində xalq arasında keçirilən
bir çox bayramlar içərisində “Kilimarası” ta-
maşaları üçün səhnənin qurulmasında, bu
növ, kilimlərdən istifadə edilirdi.
Kilimin səthi şaquli və üfüqi istiqamətlərdə
şərti olaraq toxunmuş zolaqlardan ibarətdir.
Bu zolaqların içərisində məsamələrlə tamam-
lanan dilimli naxışlar və romblar yerləşdirilib.
Təqdim edilən nümunə nadir xovsuz xal-
ça növüdür; çox davamlıdır, maldar köçmə
təsərrüfatı ilə məşğul olan əhalinin məişətində
ondan daha çox istifadə edilib.
Kilimin saçaqları rəngli və qotazlıdır. Kilimdə
istifadə olunan iplər əl ilə əyirilmiş yundan
alınıb. İplərin boyanması üçün istifadə edilən
boyaqlar Daş Salahlı kəndinin bitkilərindən və
meyvə qarışıqlarından alınıb. Kilimin sıxlığı
33x43 sm-dir. Saxlanma vəziyyəti əladır. Ki-
lim tarixi, elmi və bədii əhəmiyyət kəsb edir.
Azərbaycanda şəxsi kolleksiyada saxlanılır.
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...124