104
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
104
“Ləmbəli” xalçası Borçalının Arıxlı kən­
dində də toxunub. Bu kənddə toxunan xal-
çaların istər rəng tərtibatı, istərsə də toxunuş
texnikası mükəmməl olur. “Ləmbəli” xalça
kompozisiyası ilə müxtəlif naxışlı və ölçülü
xalçalar toxunur. Belə kompozisiya həllinə
İrəvan qrupuna aid nümunələrdə də rast
gəlmək olar. Bəzən yerli toxucular öz ənənəvi
naxışlarını da bu kompozisiyaya əlavə edirdi­
lər. Dünya şöhrətli “Ləmbəli” xalçası barədə
məş­­hur xalça ekspertləri və sənətşünaslar öz
müsbət rəylərini müxtəlif tədqiqat işlərində
bildirmişlər. Qazax qrupunun ən gözəl nü­mu­
nələrindən sayılan “Ləmbəli” xalçasının ti­cari
dəyəri də yüksəkdir.
Xalçanın yarandığı Borçalı ərazisi oğuz türk­
lərinin qədim məskənidir. Arıxlı kəndi Xram
çayının sağ sahilində, dəniz səviy­yə­sindən 420
m hündürlükdə yerləşir. Kənd ya­xınlığında bir
neçə arxeoloji abidə aşkarlanıb. Burada e. ə.
V-IV minilliklərə aid tökmə palçıqdan dairəvi
möhrədamlar, maralın şa­­xəli buynuzundan
na­xışlı alət, çınqıldan gü­nəşə, aya bənzər
biçimdə qadın-ana başı hey­kəlciyi, gildən öküz
heykəlciyi, eramızdan əvvəl III minillikdə ya-
yılmış Kür-Araz arxeoloji mədəniyyətinə aid
məskəndə çınqıldan insan sifəti təsvirli fi-
qur aşkarlanıb. Eradan əvvəl II-I minilliklərə
və IX-VII yüzillərə aid olunan məskəndə,
quzeyindəki qayalı yar­ğanda tapılmış tuncdan
ox ucları, sümük və dəmir üzəngiləri, tunc bı-
çaq uclarını gürcü mütəxəssisləri o vaxtlar bu-
ralarda türk­dil­li Bozər, sak aşirətlərinin yayıl-
ması ilə əlaqələndirib, bu maddi mədəniyyət
abi­də­lərinin bir qismini sak tipli hesab edib­
lər. Kənd­də X-XIII əsrlərə aid üzə çıxarılmış
iki­pən­cərəli ibadət ocağı, onun içində quyu
məzar, daş sənduqə tabutlar, səkkiz otaqlı ya­
şayış binasının, açıq hamamın qalıqları, cür­
bəcür çoxrəngli və sadə saxsı qablar əhə­miy­
yətlidir. Arxeoloqlar belə qənaətə gəliblər ki,
həmin yerdə şəhər olub. Çayın yüksək qayalı
sağ sahilində qəsr, aşağıda hər iki sahildə ya-
şayış məskənləri yerləşirmiş; abidələr qıpçaq
tiplidir.
Təqdim olunan bu xalçanı bədii ənənələrdə
qorunan tariximizin yaddaşı adlandırmaq olar.
Arıxlı kəndində məşhur xalçaçı Xurda xanım
bu xalça ilə bərabər neçə-neçə sənət incisi to­
xumuşdur. Toxucu bu xalçanın iplərini öz
sax­ladığı qoyunun yunundan əyirmiş və ip­
lər kəndin kənarından keçən Xram çayının
vadisində bitən ağacların köklərindən, mey­
və qabıqlarının qurusundan və otlarla boyan-
mışdır. Xalça ara sahə və haşiyə zolağından
iba­rətdir. Dörd cərgədən yaranan haşiyə zo-
lağı sarı, qırmızı, ağ, sürməyi rəngli nəbati
ele­mentlər və nar bitkisi ilə bəzədilib. Haşiyə
bo­yu toxunan nar elementləri bəzən yastı dis­
ki xatırladır. Yaşıl rəngli ara sahə üzərində
uzunsov, səkkizbucaqlı göl toxunub. Onun da
içərisində olan ağ yerlikli göldə heyvanmənşəli
damğanın toxunduğu təxmin edilə bilər. Xal-
çanın ara sahəsinin dörd küncündə budaqlar
üzərində nar bitkisi toxunub. Nar günəşin
rəmzi olub, qədim zamanlardan müqəddəs
meyvə sayılmışdır. Onu həm qədim türklər,
həm atəşpərəstlər, həm də islam dövründə
müsəlmanlar səma ilə əlaqəli saymış, cənnətin
nişanı kimi qəbul etmişdir. O bir çox türkdil-
li xalqların incəsənətində əks olunub. Bundan
başqa, “Ləmbəli” xalçası üzərində çoxlu sayda
qarmaq, xaçabənzər, sək­kizguşəli ulduz, romb,
ox kimi naxışlar da yerləşdirilib. Bu elementlər
qısa tarixi dövrü deyil, böyük zaman ərzində
xalqın atributuna çevrilmiş işarələri özündə
yaşadır.
Xalçanın sıxlığı 30x55 sm-dir. Xalçada yeddi
rəngdən istifadə olunmuşdur. Üzərində heç
bir təmir-bərpa işləri aparılmamışdır. Saxlan-
ma vəziyyəti əladır. Xalça tarixi, elmi və bədii
əhəmiyyət kəsb edir. Azərbaycanda şəxsi evdə
saxlanılır.
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...124