9
9
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
s.) sözlərinin birləşməsindən əmələ gəlməsi də
güman edilir. Digər izahlara da (tayfa adı, qo-
vuş (zəif, ensiz su) coğrafi termini ilə əlaqədar
olması) rast gəlmək mümkündür.
IX əsrin ortalarında Ərəb Xilafətinin zəiflə­
mə­si və parçalanması nəticəsində Azərbaycan
əra­zisində müstəqil dövlətlər yaranmağa baş-
layır (Xəritə 3). İlk belə dövlət Şirvanşahlar
dövləti (861-1538) olur. Sonralar Sacilər (879-
941), Salarilər (941-981) və onun parçalanması
nəticəsində Şəddadilər (971-1075) və Rəvvadilər
(X əsrin 80-ci illəri-1112) dövlətləri meydana
gəlir. Sacilər dövləti Azərbaycan torpaqlarını
birləşdirməyə nail oldu. Onun hakimiyyəti za-
manı Qazax-Borçalı bölgəsi də Azərbaycanın
tərkibinə daxil idi. Sacilər dövləti Tiflisi, Dəbili
və digər müsəlman şəhərlərini erməni-gürcü
hər­bi birləşmələrinin hücumlarından qorudu.
Mər­kəzi Gəncə şəhəri olan Şəd­dadilər dövləti də
Azərbaycanın qərb torpaqlarının müdafiəsində
mühüm rol oynadı.
Ərəb Xilafətinin zəiflədiyi dövrdə Gürcüstan
ərazisində də ayrı-ayrı knyazlıqlar meydana gə­
lir. III Baqrat (975-1014) bu knyazlıqları vahid
dövlətdə birləşdirməyə nail ola bilir. Bundan
sonra Gürcüstan ərazisində yaranmış dövlətlər
qonşuluqlarındakı Azərbaycan torpaqlarını nü-
fuz dairələrinə daxil etməyə çalışır.
Səlcuq dövlətinin meydana gəlməsi (1038-
1157) dünya, eləcə də Azərbaycan tarixində çöx
Azərbaycan (IX əsrin II yarısı – X əsr)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 18
Xəritə 3
Qədim tikili qalıqları. Dəllər kəndi. Borçalı.
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...124