110
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
110
At çulu Tovuz rayonunun Cəlilli kəndində
toxunmuşdur. Cəlilli kəndi qədim tarixi olan
yaşayış məntəqəsi kimi tanınır. Burada heyvan-
darlıq və əkinçilik inkişaf etmişdir. Həmçinin
xanımlar evlərində xana qurub, bir-birindən
gözəl, göz oxşayan xalça inciləri toxuyardılar.
Belə nümunələr dünyanın xalça biliciləri və
həvəskarları tərəfindən yüksək dəyərləndirilir.
Bu gün də at həvəskarları atlarının üstünə belə
çullardan atırlar.
At çulu xovsuz xalça məmulatı növlərindən
biridir. Müxtəlif nəşr­lərdə və araşdırmalarda at
çulu və yəhərüstü haqqında geniş mə­lumatlar
dərc edilmişdir; məişətdə atın üzərinə salınma-
sında geniş istifadə edilib. O, atın soyuqdan qo-
runması və yaraşıqlı görünməsi məqsədini da-
şıyıb. Təqdim olunan at çulunun toxunma üsu-
lu sadə keçirmə, mürəkkəb keçirmə və paralel
dolamadır. Toxunuşu çətin olduğundan yalnız
peşəkarlar bununla məşğul olurdular və belə
adamlara kənar yerlərdən də sifarişlər gələrdi.
Çul, adətən, yundan və müxtəlif ölçülərdə to-
xunurdu. Bəzi hallarda naxışları ipəkdən vu-
rurdular. Ümumiyyətlə, sırf ipəkdən at çulu
Azərbaycanda çox az toxunmuşdur.
Toxunuşunda əriş, arğac və naxış ipindən
istifadə olunub. Çulun ərişi sürməyi və qırmı-
zı rəngli yundan çəkilib. Ətək hissəsində, tor
şəklində bərkidilmiş düyünlərin üzərində göy
və qırmızı rəngli saçaqları var. Çul şəddə, zili,
vərni xovsuz xalçalarında olduğu kimi, haşiyə
zolağından və ara sahədən ibarətdir. Yelən
üçhissəli zolaqdan qurulub, ara sahə də dörd
təbəqədən ibarətdir, bu qatların içə­risində
haşiyə zolağındakı parçalar təkrarlanır.
Çul zəngin naxışlardan ibarətdir. Dalğa-
vari və romb formalı ha­şiyə zolağı motivləri
Gədəbəydən tapılmış eradan əvvəllərə aid
tunc kəmərin üzərindəki naxışları xatırladır.
Onlardan fərqli olaraq, ara sahəni isə irili-xır-
dalı “buta” elementləri və zoomorf naxışlar
bəzəyir. İki baş, bir bədənli, quyruğunda və
boynunda “X” və “S” nişanları olan mifo-
loji quşlar, ceyranlar və s. təsvir üslubu çox
qədim zamanların təsvir ruhundadır. “Buta”
motivləri özləri də həndəsiləşdirilib və çulun
üst hissəsində o, diaqonal şəkildə yerləşdirilib.
Adətən, keçmişdə çul onu istifadə edən
adamın, bir növ, statusunu bildirirdi. Sıravi
adamların istifadə etdikləri çul çox sadə naxış-
lı və bəsit texnologiyada olurdu. Lakin çulun
zəngin naxışlı, şux rəngdə və keyfiyyətli yun-
dan toxunması onun sahibinin mövqeyinin
yüksək olmasını göstərirdi.
Təqdim olunan çulun sıxlığı 32x60 sm-dir.
İstifadə olunan bütün rənglər Cəlilli kəndinin
bitki örtüyündən alınmışdır. Saçaqlarına bə­zək
üçün rəngli iplər vurulub.
Nümunə bədii, elmi və tarixi əhəmiyyət kəsb
edir; Azərbaycanda şəxsi kolleksiyada saxlanı-
lır.
1...,102,103,104,105,106,107,108,109,110,111 113,114,115,116,117,118,119,120,121,122,...124