116
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
116
Namazlıq xalça Başkeçidin Şahmarlı kən­
dində toxunub. Bu kən­din qədim xalçaçılıq
adətləri bu gün də yaşamaqdadır. Əlverişli
iqlim şəraiti buranın heyvandarlığına və bit-
ki örtüyünə təsir etmiş, xalçaçılığın inkişafına
zəmin olmuşdur. Xalça üzərində olan rənglər
Borçalı xalçalarına uyğundur. Namazlıq xal-
çalar Borçalının əksər kəndlərində toxunurdu.
Bu növ xalçalar bir nəfər üçün 120x80, 150x90,
170x100, ailə üçün 300x90, 240x100 ölçülərində
toxunurdu. Belə xalçaların xovu çox da hün-
dür olmur. Toxucu belə xalçanı toxumamışdan
öncə niyyət tutur. Namazlıq xalça üçün yun
seçimində qoyunun sağlam və görünüşlü ol-
ması da nəzərə alınır. Yun əldə daranır, iplər
əyirilir və toplanmış otlardan, bitkilərdən alın-
mış rəng­lərlə boyadılır. Namazlıq xalçaların
iplərini boyamaq üçün bitkilərin təmiz yerdən
toplanması əsas şərtdir. Bütün dünyanın mu-
zey və kolleksiyalarında namazlıq xalçalar to-
xunduğu qrupların adı ilə təq­dim olunur.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir.
Yelən iki ədəd içərisi həndəsi konfiqurasiya-
lı naxışlarla bəzədilmiş zolaqdan ibarətdir.
Peşəkar usta tərəfindən çox maraqlı toxuculuq
üslubu ondan ibarətdir ki, hər iki yelən eyni
naxışdan ibarətdir, onları fərqləndirən yalnız
yerliyin və naxışların rəngidir. Bu, yeləni çox
əzəmətli göstərir, əbrəşin gözə çarpması xalça-
ya damüdrik görkəmi verir. Xalçanın ölçüsü də
çox uyğundur. Əslində “Namazlıq” xalçaları
üçün bu ölçü standartdır. Üst tərəfdə mehrab,
onun altında hicri tarixi ilə 1333 (miladi 1915-
ci il), ondan bir qədər də aşağıda gülabdan,
köndələn formada “S”, romb, “buta”lar, “mol-
labaşı” elementləri, quş, göllərin içərisində isə
budaq formasında naxışlar toxunub. Mehrabın
aşağı hissəsində “buta” elementinin toxundu-
ğu sahə, ehtimal ki, namaz qılanın alnının to-
xunacağı yer, üst hissədəki göllər əllərin, aşağı
qoşa göllər isə dizlərin qoyulması üçün toxucu
tərəfindən toxunmuş bir nişandır. Xalçanın ara
sahəsində çərxi-fələk, səkkizguşəli ulduz, zoo-
morf naxışlar kiçik ölçülərdə toxunublar. Söz-
süz ki, bu xalçadan namaz və dini mərasimlərlə
bağlı istifadə edilmişdir. Keç­mişdə ailənin hər
bir üzvünün, bu növ, məxsusi xalçası olurdu.
Bəzən bir xalça üzərində bir-neçə mehrab ya-
naşı toxunurdu ki, ona “saf səccadə” deyilirdi.
Bu növ xalçalar qiblə istiqamətində yerə salı-
naraq üzərində dualar oxunub, namaz qılınar-
dı. Namazlıq xalçanın otaq­da yerə döşənməsi
yasaq sayılardı. Onun üzərində gəzmək,
kir­ləndirmək olmazdı. Bu xalça müqəddəs
məkana doğru edilən səcdənin, oxunan duala-
rın, bir növ, daşıyıcısı idi. Sitayiş edən adam
xəyalən Məkkə ilə üzləşir, inanırdı ki, onun
duası eşidiləcək.
Xalça şərti olaraq üç qövsə, üç sferaya bölü-
nür. Birinci – yuxarı hissə, mehrab – göy, ilahi
dünya, o biri dünyaya keçid anlamını bildirir.
İkinci qat –mövcud dünyanın simvolu, daha
ətək hissə isə qaranlıq dünyanın rəmzi sayılır.
Xalçanın xovu 0, 8 sm-dir. Xalça üzərində heç
bir təmir-bərpa iş­ləri aparılmayıb. Xalça bədii,
tarixi və elmi əhəmiyyət kəsb edir; Azər­baycan
Respublikasında şəxsi kolleksiyada saxlanılır.
1...,108,109,110,111,112,113,114,115,116,117 119,120,121,122,123,124