118
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
118
Xalça Tovuz rayonunun Əlimərdanlı kən­
dində toxunmuşdur. Öz qədim xalçaçılıq ənə­
nəsi ilə seçilən bu kənddə xovlu və xovsuz xal-
çalar toxunmuşdur. Əlimərdanlı zililəri bütün
dünyada şöhrət qazanmışdır. Adətən, ölçüləri
3 və 3, 5 kv. m-dək olur.
“Qaraqoyunlu” xalçası Qazax qrupunun ən
tanınmış xalçalarındandır. Bu xalça kompozi-
siyasına Tovuz, Gədəbəy, Gəncə və İrəvan to-
xucuları da tez-tez müraciət ediblər. Bu ərazidə
xalçalar naxışlardamüəyyəndəyişiklik etməklə
toxunubdur. Xalça ara sahə və haşiyə zolağın-
dan ibarətdir. Haşiyə bir enli zolaqdan toxu-
nub, onun üzərində oxabənzər elementlər var
və kənarlarında paralel şəkildə “X” naxışının
yerləşdirilməsi, bütün bu kompozisiyanın ara-
sında isə mavi və qırmızı rəngli sular görünür.
Xalçanın ara sahəsində çox qeyri-adı tərtibatda
həndəsi göllər toxunub. Lakin bu göllər də öz
arasında xalçanın səthi boyu şaquli istiqamətdə
toxunmuş əyrixətli zolaqla əhatə edilib. Göllər
bir qədər iri, daha kobud tərzdədirlər. Lakin
bütün bu kompozisiya artıq ənənəvi forma
alıb. Göllərin içərisindəki motivlər biri digəri
ilə qeyri-proporsional ölçüdədirlər. Xalça əsl
xalq sənəti nümunəsidir. Nümunə qoyunçu-
luqla məşğul olan köçmə maldar təsərrüfatının
nümayəndələri tərəfindən toxunub.
Xovunun hündür, yunun qalın olması sə­
bəbindən toxunuşunun bir az kobud olduğu
üçün bu xalçadan məişətdə ən çox döşənək
kimi istifadə edilə bilərdi. Xalçanın ətək his­
səsində paralel 4.II.1933 tarixi toxunub. Ən çox
üstünlük qazanan rənglər qırmızı, yaşıl, mavi,
qəhvəyi, şəkəri rənglərdir.
Bu növ xalçalar bir çox dünya kolleksiyala-
rında olub, mütəxəssislər tərəfindən sevilən
xalçalardandır. Buna səbəb xalçanın bədii ba-
xımdan şərtiliklərlə bağlı olmasıdır.
Xalçanın əriş, arğac və xovu yundur. To-
vuz rayonunun əksər xalçaları kimi, yuxarı
və aşağı saçaqları rəngli qotazlarla bəzədilib.
Xal­çanın xovu 1 sm, sıxlığı 32x40 sm-dir. Xam-
mal kimi yerli cins qoyunların yunundan, ip­
lə­rin rənglənməsində kənd ərazisində bitən
bitkilərdən istifadə olunmuşdur. Saxlanma
və­­ziyyəti əladır. Xalça bədii, tarixi və elmi əhə­
miyyət kəsb edir; Gəncədə şəxsi evdə saxlanılır.
1...,110,111,112,113,114,115,116,117,118,119 121,122,123,124