11
11
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Səlcuq imperiyası fəthlər prosesində Azərbaycan Şir-
vanşahlar, Rəvvadilər və Şəddadilər dövlətlərini də asılı
vəziyyətə saldı. Səlcuq hökmdarı Alp Arslan (1063-1072)
1067-ci ildə Tiflis əmiri Əli ibn Cəfər və Şəddadi hakimi
II Fəzl (1067-1073) ilə birgə Tiflisə gəldi, burada cümə
məscidi tikdirmək haqqında göstəriş verdi. Gürcüstan-
da Səlcuq hakimiyyəti bərqərar edilmişdi. Lakin Səlcuq
dövlətinin zəifləməsi ilə IV David zamanında (1089-1125)
gürcü dövləti güclənə bildi və Azərbaycan torpaqlarına
hücumlar təşkil edilməyə başlandı. O, Azərbaycan tor-
paqlarında möhkəmlənmək məqsədi ilə Şirvanşahlar­
la yaxınlaşmağa çalışırdı. Çar IV David səlcuqlara qarşı
mü­barizə aparmaq üçün qıpçaqlarla da yaxınlaşmağa
çalışırdı. Bunun üçün o, qıpçaq hökmdarı Atrakın qızı ilə
evlənmışdi. Hərbi qüvvələrini gücləndirmək məqsədi
ilə Şimali Qafqazdan 45 minlik süvarisi olan 225 min
qıpçaq Şərqi Gürcüstan, o cümlədən Qazax-Borçalı böl­
gəsinə köçürülmüşdü. Bu hərbi qüvvələr gürcü çarı-
nın səlcuqlar üzərində qələbəsində həlledici rol oynadı.
1121-ci ildəki Didqori döyüşündə səlcuqlar məğlub edil-
di. 1122-ci ildə Tiflis müsəlman əmirliyinə, bir il sonra
isə Dmanisi müsəlman əmirliyinə son qoyuldu, gürcülər
Tiflisdə möhkəmlənməyə başladılar. IV Davidin varisləri
I Demetre (1125-1156), III Georgi (1156-1184) və Tamara
dövründə (1184-1213) bu siyasət davam etdirildi. Qıpçaq-
ların səlcuqlara qarşı mübarizədə gürcülər tərəfində işti-
rakına baxmayaraq, onların Gürcüstanın şərqinə miqrasi-
yası Qazax-Borçalı bölgəsində türklərin mövqeyini daha
Didivan qülləsi. VI-VII əsrlər. Xanlıqlar kəndi. Qazax.
Qarğalar təpəsi. Ağstafa.
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...124