13
13
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
tor­paqları 1239-1256-cı illərdə Ali monqol xa­qan­
lığı­nın, 1256-cı ildən isə Hülakülar (1256-1357)
dövlətinin tərkibinə daxil edildi. Qızıl Orda döv­
ləti ilə Hülakülar arasında Azərbaycan torpaq­
ları uğrunda mübarizə gedirdi. Monqolların
ha­kimiyyətinin ilk dövründə baş verən dağıntı-
lar aradan qaldırılmağa başlandı. Qazan xanın
dövründə (1295-1304) həyata keçirilən islahat-
lar müəyyən irəliləyişlərə səbəb oldu. Monqol
hakimiyyətinin süqutundan sonra Azərbaycan
Cə­lairilər dövlətinin (1341-1431-ci illər) tərkibinə
daxil oldu, lakin az bir vaxtdan sonra Teymurun
(1370-1405) mübarizəsi başlandı. Teymur əvvəlcə
Xarəzm və Xorasana hücum etdi, sonra İranı ələ
keçirdi. 1395-ci ildə başlayan “beşillik müharibə”
dövründə Farsda Müzəffərilər sülaləsini ləğv
etdi və İraqdan Cəlairiləri çıxara bildi. Qızıl Orda
höhmdarı Toxtamış da (1376-1395) məğlub edil-
di. 1402-ci ildə Osmanlı sultanı İldırım Bayazid
üzərində də qələbə əldə edildi.
Əmir Teymur Azərbaycana yürüşləri zamanı
Tiflis üzərinə də hücuma keçdi və onu döyüşsüz
tutdu.GürcühakimiBaqrat islamdininiqəbul etdi.
Lakin xəyanət yolu ilə Borçalıdakı Teymuri qo-
şunlarını qıra bildi. Hindistan yürüşündən dönən
Teymur yenidən Borçalıya gəldı, Şəmşəddilə
qədər olan bütün torpaqlardan gürcüləri çıxart-
dı. Ankara döyüşündəki qələbədən sonra gürcü
çarı Georgini yanına çağırdı, bundan imtina edən
Georgini cəzalandırmaq üçün yenidən Tiflisə hü-
cum etdi və onu ələ keçirdi. Teymur Cənubi Qaf-
qazdakı torpaqları oğluMiranşahın idarəsinə ver-
di. Teymurun ölümündən sonra onun da dövləti
zəiflədi. Şirvanşahlar dövləti müstəqil siyasət
Qədim tikili. Səfərli kəndi. Borçalı.
Koroğlu qalası. Borçalı.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...124