14
14
yeritməyə başladı. Azərbaycanın cənubunda isə Qaraqoyunlu dövləti
(1410-1468) meydana gəldi. Dövlətin banisi Qara Yusif (1410-1420)
Gürcüstana da yürüş təşkil etdi və Qazax-Borçalı bölgəsi də Qara-
qoyunlu dövlətinin tərkibinə daxil edildi. Qara İsgəndər (1420-1429,
1431- 1436) və Cahanşah zamanı da (1437-1467) gürcü hakimlərinin ta-
beçiliyi davam etdirilmişdi. Belə bir şəraitdəAzərbaycanın Borçalı tor-
paqları Qaraqoyunlu dövləti daxilində vacib yer tuturdu. Azərbaycan
Ağqoyunlu dövləti dövründə də (1468-1501) Qaraqoyunlu dövlətinin
sərhədləri əsasən təmin olunmuşdur (Xəritə 5). Uzun Həsən (1468-
1478) yaranmış vəziyyətdən istifadə edərək Tiflisi ələ keçirən gürcü
çarı Georgi üzərində qalib gəldi, sonrakı hadisələr zamanı Konstan-
tini gürcü çarı təyin etdi. Lakin Uzun Həsən osmanlılarla 1472-1473-
cü illər müharibəsində ona kömək etməyən Konstantini cəzalandırdı,
öz sərkərdəsi Xəlil bəy Bəkdaşini Borçalı və Tiflisə hakim təyin etdi,
lakin Uzun Həsənin ölümündən sonra Konstantin yenidən fəallaşdı.
Ağqoyunlu dövlətində hakimiyyətə gələn Sultan Yaqub (1478-1490)
burada hakimiyyətini bərpa etdi. 1499-cu ildə Ağqoyunlu dövləti par-
çalandı və 1501-ci ildə Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti
(1501-1736) meydana gəldi.
Qazax-Borçalı bölgəsinin Səfəvilər dövrü tarixi onun həyatında va-
cib yer tutur. Səfəvilər dövlətinin banisi şah İsmayıl (1501-1524) güclü
Azərbaycan dövləti yaratmağa nail olmuşdur. Gürcü çarlarının fürsət
düşən kimi Qazax-Borçalı bölgəsini, xüsusilə Borçalını ələ keçirmək
cəhdləri qətiyyətlə dəf edilirdi. Şah İsmayılın 1514-cü il Çaldıran
Azərbaycan Ağqoyunlu dövləti (1468 - 1501-ci illər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 25
Xəritə 5
Dədə Qorqudun heykəli. Tovuz.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...124