16
16
lılar səfəviləri sıxışdırarkən bayat, qacar, qaramanlı və b.
tayfalardan fərqli olaraq qazaxlar bu ərazini tərk etmədilər.
Qazaxların başçısı Nəzər xan Osmanlı hakimiyyətini qəbul
etdi. Səfəvilər geri qayıtdıqda da o, hakimiyyətini saxlaya
bildi.
1723-1727-ci illər osmanlı-səfəvi müharibəsinin gedişi za-
manı Qazax-Borçalı bölgəsi Osmanlı imperiyasının tərkibinə
daxil edilmiş, bundan sonra Osmanlı idarə sisteminə uy-
ğun olaraq Qazax-Borçalı bölgəsini də əhatə edən Tif-
lis əyalətində də mü­fəssəl dəftər (1728) tərtib edilmiş­dir.
Müfəssəl dəftərin Qazax-Borçalı bölgəsi üzrə materialla-
rı həm bölgənin keçmişi, həm də onun müfəssəl dəftərin
tərtib edildiyi dövrü üzrə qiymətli mənbədir. Bu material-
lar sonrakı dövrlər üzrə müqayisələr üçün də əhəmiyyətli­
dir. ”Tiflis əyalətinin müfəssəl dəf­təri. Borçalı və Qazax
(1728-ci il)” kitabında (Ba­kı, 2001) qeyd edilir ki, ”mənbəyə
əsasən Osman­lı dönəmində Tiflis əyaləti aşağıdakı inzibati
va­hidlərdən ibarət idi: Baratlı nahiyəsi, Tumanis na­hiyəsi
(bu nahiyənin adı fihristdə göstərilməyib), Də­mirçihəsənli
nahiyəsi, Somxit livasının nahiyəsi, Taşır nahiyəsi, Pətək
nahiyəsi, Ağcaqala livası, Qazax livasına tabe olan dörd
nahiyə–İncə, Çuvar, Axstav və Türk nahiyələri. Beləliklə,
bu dövrdə Qazax bölgəsi dörd nahiyədən ibarət ayrıca
inzibati vahid olaraq “liva” (“sancaq”) statusu ilə Tiflis
əyalətinin tərkibində yer almışdır. Tarixi Borçalı torpaqları
isə Osmanlı inzibati-siyasi sistemi daxilində xüsusi vahid
bölgə statusuna malik deyildi”. Aparılan əlavə tədqiqatlar
hesabına dəftərdə verilən Baratlı, Baydar, Dəmirçihəsənli,
Somxit, Taşır, Pətək, Ağcaqala nahiyələri xüsusi statusa
malik olan inzibati vahid kimi deyil, yalnız tarixi-coğrafi
bölgə kimi Borçalı adı altında birləşdirilmişdir. On liva və
nahiyə üzrə tərtib edilmiş cədvəldən aydın olur ki, illik gəlir
təxminən 5307074 axça, yaşayış məntəqələrinin və camaat-
ların sayı 576, vergi ödəyən müsəlmanların sayı 5287, qeyri-
müsəlmanların sayı isə cəmi 1292 olmuşdur. Bu qaynağın
materialları Qazax-Borçalı bölgəsinin toponimikası üzrə
tədqiqatlar üçün qiymətli mənbə kimi diqqətə layiqdir.
Beləliklə, araşdırmalar sübut edir ki, bütün hallarda Bor-
çalının etnik mənsubiyyəti sabit olmuş, bu ərazi Azərbaycan
torpağı kimi mövcud olaraq qalmışdır. Buna görə də gürcü
tarixşünaslığında Borçalının şah Abbasın (1587-1629) döv­
ründə türkləşdirilməsi haqqındakı müddəaları tamamilə
yanlışdır. Şah Abbasa qədərki tarixin nəzərdən keçirilməsi
sübut edir ki, bu dövrə qədər Borçalı Azərbaycanın digər
qərb torpaqları ilə birlikdə Ümumazərbaycan inkişafın-
da böyük yol keçmiş və zəngin tarix yaratmışdır. Yalnız
Səfəvilər xanədanına son qoyaraq hakimiyyətə gələn Nadir
şahın (1736-1747) qəbul etdiyi qərar bölgənin tarixində ağır
rol oynadı (Xəritə 7). Nadir Muğan­da keçirilən “şah seçkisi”
zamanı onun əleyhinə olan Gəncə bəylərbəyi Ziyadoğulla-
rını cəzalandırmaq üçün Borçalını Kartli-Kaxet çarlığının
tabeçiliyinə verdi.
Keşikçidağ mağaralar kompleksindən. Ağstafa.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...124