17
17
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Nadirin ölümündən sonra onun imperiyası dağıldı və Azərbay­can torpaqları xanlıqların timsalın-
da müstəqilliyini bərpa etdi (Xəritə 8). Xanlıqlarla eyni zamanda Azərbaycanda bir sıra sultanlıqlar, o
cümlədən Qazax, Şəmşəddil və Borçalı sultanlıqları yarandı (Xəritə 9). Bu faktlar bir daha təsdiq edir ki,
bölgə Azərbaycan tarixinin ümumi axarında inkişaf edirdi.
Qazax sultanlığı XVIII əsrin sonlarında Şəmşəddil sultanlığı ilə birləşmişdi. Şəmşəddil sultanlığı Zəyəm
və ondan qərbdəki tor­paqları əhatə edirdi. Bu ad zülqədər tayfalarının qolu olan şəm­səddinli (şəmşəddil)
tayfasının adından götürülüb.
Qədim qəbiristanlıq. Poylu kəndi. Ağstafa.
Keşikçidağ. Ağstafa.
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...124