19
19
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
ildə Şirvan, 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi.
Sultanlıqlar da 1819-cu ildə ləğv olundu. Xanlıqlar
əyalətlərə, sultanlıqlar isə müsəlman distansiyalarına
çevrildi.
1826-1828-ci illər müharibəsi zamanı Rusiya Naxçı-
van və İrəvan xanlıqlarını da işğal etdi. 1828-ci il Ru-
siya-İran Türkmənçay və 1829-cu il Rusiya-Türkiyə
Ədirnə müqavilələrinə əsasən İran və Türkiyə­dən
ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan tor-
paqlarına köçürülməsi başlandı. Ermənilərin kö­
çü­rülməsi nəticəsində Qazax- Borçalı bölgəsi də
er­məniləşdirilməyə başlandı. Almanların və rusla-
rın köçürülməsi ilə əhalinin etnik tərkibi ye­nidən
dəyişikliyə uğradı. Çar hökuməti Cənubi Qafqazda
ışğal etdiyi torpaqların hərtərəfli öy­rə­nilməsi üçün
Maliyyə nazirliyi xətti ilə geniş təh­qiqat planı həyata
keçirmiş, onun materialları əsasında 1836-cı ildə
Sankt-Peterburqda dörd cild­lik “icmal” nəşr etdirmiş-
dir. Bu icmallarda mü­səlman distansiyaları haqqında
da ətraflı tarixi-etnoqrafik materiallar verilmişdir.
Borçalı distansiyasının ərazisi 8 min kvadrat verst
idi. 1832-ci il kameral təsvirinə görə Borçalı distansiya-
sının 145 kəndində 4092 həyət, 13762 nəfər kişi var idi.
Borçalının Rusiyaya ilhaqından keçən 31 il ərzində bu-
rada həyata keçirilən ayrıseçkilik siyasətinə və həmin
torpaqlara qeyri-türk əhalinin köçürülməsinə baxma-
yaraq, əhalinin çox hissəsi yenə də azərbaycanlılardan
ibarət idi. Həmin dövrdə Borçalı əhalisi içərisində
azərbaycanlılar 8479 (61,6%), ermənilər 3634 (26,4%),
yunanlar 767 (5,6%), gürcülər 669 (4,86 %), almanlar
313 nəfər (2,27%) idi. Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xanlıqları (XVIII əsrin II yarısı)
Azərbaycanın şimal-qərb xanlıq və sultanlıqları (XVIII əsrin II yarısı)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 32
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 36
Xəritə 8
Xəritə 9
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...124