20
20
Xarici İşlər nazirliyinin əməkdaşı A. Şepot-
yev yazırdı ki, türklərin Borçalıda üstünlüyü o
dərəcədə güclü idi ki, I Nikolay dövründə (1825-
1855) bu vilayətdə ayrıca ”tatar distansiyası”
təşkil edilib, müxtəlıf səbəblərdən, başlıca olaraq,
strateji mülahizələrə gö­rə Tiflis quberniyasına
birləşdirilmişdir.
1840-cı illərdə həyata keçirilən inzibati-ərazi is-
lahatları zamanı Qazax və Şəmşəddil distansiyala-
rı sahələrə çevrildi və Gürcü-İmereti quberniyası-
nın Yelizavetpol (Gəncə) qəzasının tərkibinə daxil
edil­di. XIX əsrin 40-cı illərindəki aqrar islahatları-
nın gedişində Qazax və Şəmşəddil kəndlilərinin
çar hakimiyyətinə qarşı çıxışları (1844-1845) baş
vermişdir (Xəritə 11). 1846-cı il dekabrın 14-də
keçirilən yeni inzibati ərazi bölgüsü vaxtı Qazax
və Şəmşəddil də Tiflis quberniyasının tərkibinə
qatılmışdır. Lakin inzibati-ərazi dəyişiklikləri bu-
nunla başa çatmamış, ”Qafqaz və Zaqafqaziya di-
yarının idarə olunmasının dəyişdirilməsi haqqın-
da” 1867-ci il 9 dekabr tarixli çar fərmanı ilə yeni
Yelizavetpol quberniyası təşkil edilmişdir. Həmin
fərmana görə Yelizavetpol quberniyası tərkibində
ayrıca Qazax qəzası yaradılmışdır (Xəritə 12).
Borçalı torpaqlarında da inzibati-ərazi bölgü-
sü siyasəti davam etdirilmişdir. 1877-ci il mar-
tın 25-də Borçalı Trialet və Lori pristavlıqları
(Tiflis qəzası) ilə birləşdirilərək, Şüləver inzibati
Şimali Azərbaycanın Rusiya İmperiyası tərəfindən
işğalının başlanması (1801-1813-cü illər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 37
Xəritə 10
Cümə məscidi. 1899-cu il. Qazax.
Göy türbə. 1896-cı il. Qazax.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...124