25
25
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
raq, Lori neytral zonasına yaxınlaşdı. Er­mə­nis­tanla Gürcüs-
tan arasında bağlanmış 13 noyabr mü­qa­viləsinə görə, gürcü
qoşunları Lori neytral zonasına da­­xil oldu. Ermənistanda
sovet hakimiyyəti qurulduqdan sonra, bu dəfə Sovet Ru-
siyasının köməyindən istifadə edən ermənilərin Lori uğ-
runda mübarizəsi gücləndi. 1921-ci il fevralın 11-dən 12-
nə keçən gecə Lorinin erməni kəndlilərinin qiyamı təşkil
olundu, gürcü qoşunları Borçalıdan çıxarıldı. XI Qırmızı
ordunun köməyi ilə Gürcüstanda da sovet hakimiyyəti qu-
ruldu. Sovet Rusiyası Lori neytral zonasının taleyini həll
etmək üçün əlverişli imkan əldə etdi. Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun
1921-ci il 7 iyul tarixli qərarı ilə Lori neytral zonasının bütün
ərazisi Ermənistan SSR-ə verildi. Gürcüstanla Ermənistanın
sərhədlərini müəyyənləşdirən 1921-ci il 6 noyabr bəyan­
naməsinə əsasən, Lorinin Ermənistan SSR-ə verilməsi
təsdiqləndi. Beləliklə, tarixi Azərbaycan ərazisi olan Borça-
lı mahalı Ermənistanla Gürcüstan arasında bölüşdürüldü.
Gürcüstanın tərkibində qalan Borçalı torpaqları qəza adı ilə
idarə olunurdu. Onun ərazisi 2655 kvadrat kilometr idi. Bu,
tarixi Borçalı distansiyası torpaqlarının 31,3%-ni təşkil edir-
di. 1929-cu ildə Gürcüstan SSR tərkibində­ki Borçalı qəzası
da ləğv olundu. Onun əra­zisində Borçalı (1950-ci ildən Mar-
neuli), Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi) rayonları
yaradıldı. Beləliklə, çar Rusiyası, sonralar isə sovet hökuməti
tə­rəfindən həyata keçirilən siyasət nə­ti­cə­sində Borçalı ta-
rixi Azərbaycan tor­paq­larından ayrı salındı və parçalan-
dı. Gür­cüstandakı Azərbaycan torpaqlarının əha­lisi sovet
hakimiyyəti illərində dərin məh­rumiyyətlərə düçar oldu,
hər vasitə ilə onların deportasiyasına cəhdlər gös­tərildi. Gür-
cüstanın müstəqilliyinin əldə edilməsinin ilk dövrlərində
millətçi hakim dairələr tərəfindən azərbaycanlılara qarşı
siyasət daha da sərtləşdirildi. Azər­baycan Respublikasın-
da Ulu Öndər Hey­dər Əliyevin yenidən hakimiyyətə gəl­
məsi ilə Gürcüstan azərbaycanlılarının problemlərinin həlli
sahəsində ciddi addımlar atıldı Bu siyasi xətt hazırda da da-
vam etdirilir (Xəritə 16).
Tarixi Qazax ərazisinin Azərbaycan SSR tərkibində qalan
hissəsi bütün ölkənin eyni taleyini bölüşdü. 1980-ci illərdə
isə Azərbaycanın Qazax rayonu ərazisindəki torpaqlarının
hissə-hissə ermənilərə verilməsi davam etdirildi. 1982-ci
ildə SSRİ rəhbərliyinin təzyiqi ilə rayonun İncədərə yayla-
ğı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndlərinin əra­zisinin
bir hissəsi, 1986-cı ildə isə 2500 hektarlıq ərazi Ermənistana
verilmışdir. Bununla kifayətlənməyən er­mə­nilər 1980-ci
illərin sonlarında Qazaxdan da yeni torpaqlar işğal etməyə
Azərbaycan SSR (1920-1922-ci illər)
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 48
Xəritə 15
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...124