30
30
Qazax xalça qrupu dedikdə böyük tarixi ənənəyə, yaradıcı in­
kişaf yoluna malik və dünya inciləri sırasında şərəfli yer alan
nə­fis, rəngarəng xalçalar göz önünə gəlir. Qazax xalça qrupuna
indiki Qazax, Ağstafa, Tovuz rayonları və Borçalı mahalı (Qara-
yazı, Başkeçid ilə birgə) ərazisində olan kəndlərdə toxunan xal-
çalar daxildir. Bu bölgələri bir-birinə bağlayan mədəni, iqtisadi
amillər xalçatoxuma texnikası və onun naxış tərtibatında da ya-
xınlıq yaratdığından, onların bir qrupda birləşdirilərək tədqiqi
elmi baxımdan daha doğru olar.
“Qazax xalçası” dedikdə, bir qayda olaraq Bakı, Şirvan, Quba,
Təbriz xalçalarından bədii və texnoloji üsullarına görə tam fərqli
olan ağır çəkili, hündür, lakin yumşaq və parlaq xovlu yunu,
1.50x2.00 və ya 2.20x2.60 sm. ölçülərində olan xalçalar nəzərdə
tutulur. Bəzi hallarda bu qrupda toxunan xalçaların boyu uzun
olmasına görə yolluğu xatırladırlar. İlk baxışdan qalın görünən
bu xalçalar ən yüksək keyfiyyətli yundan toxunardı. Bu ənənə
indi də yaşamaqdadır. Bu xalçalarda təbii boyalardan alınmış
qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri, mavi rəng­
lər­dən ibarət kolorit həlli öz uyarlığı ilə diqqəti cəlb edir.
Əsasən al və tünd-qırmızı, sumağı rənglərdən toxunan ara sahə
göz oxşayır, öz cazibəsilə qoruyucu magik qüvvəyə malik oldu-
ğunu təsdiqləyir. Bu coşqun qırmızı ça­lar xal­çaya dərinlik ve-
rir, insanda onun naxışlarını qavrama qa­bi­liyyətini gücləndirir.
Xalq arasında “qırmız böcəyi” adlanan, ko­şenildən alınan bu al-
qırmızı çalar günəşin, alovun, qanın təsir qüv­vəsindən yaranıb.
Xalça. Yun. Xovlu. 1830-cu il. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
Məfrəş üzü. Yun. Xovsuz. XIX əsr.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. XVII əsr. Qazax-Borçalı
qrupu. Şəxsi kolleksiyadan.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...124