31
31
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Xammal olaraq yun bolluğu, bacarıqlı işçi qüvvəsinin və təbii
boyaq maddələrinin həddən ziyadə olması nəticəsində tarix boyu
Qazaxın mərkəzindən tutmuş bütün oymaqlarınadək hər evdə
xana olmuşdur. Toxunan xalçalar insanların öz ehtiyaclarını
ödəməklə yanaşı, satış üçün də nəzərdə tutulurdu.
Qazax xalçalarının kompozisiya quruluşunda burada yaşayan­
ların həyat tərzi və məişətindən irəli gələn, əsrlər boyunca for-
malaşmış abstrakt həndəsi formalı və stilizə edilmiş naxışlar
üs­tünlük təşkil edir. Bu xalçaların gücü, enerjisi, cazibəsi onun
ən çox rəmzlərdən təşkil olunmasındadır. Bu rəmzlərdə bitkin
mistik, ezoterik, sakral anlamlı lakonik fikirlər yaşayır. Məhz bu
səbəbdən də xalçalar, əsasən, divarlardan asılır, müqəddəslərin
tür­bələrinə nəzir verilir, üzərində namaz qılınır və müqəddəs
mə­na daşıdıqları üçün tapdanmırdılar.
Xalça fraqmenti. Yun. Xovlu. XX əsrin əvvəlləri.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. 1850-ci il. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
Zili. Yun. Xovsuz. XIX əsrin sonları.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Şəddə. Yun. Xovsuz. 1905-ci il.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...124