36
36
Qazax qrupunda toxunan xalçalar arasında “Namazlıq”lar da
seçilirlər. Baş hissəsində mehrab, hicri təqvimi ilə tarixi, gülab-
dan, təsbeh, möhür, daraq, bəzən isə ağac motivləri ilə bəzədilən
“Namazlıq” xalçaları yerli ənənələri həm bədii, həm də texniki
cəhətdən özündə yaşadır.
Qazax qrupuna mənsub olan xalçaları bütün dünyada tanıdan
və onlara şöhrət gətirən keyfiyyətlərdən ən əsası onların təsirliliyi,
qədimliyi, genetik mənsubiyyətini və bədii quruluşunu olduğu
kimi özündə qoruyub saxlamasıdır.
Məhz bu səbəbdən də bir çox Avropa rəssamlarının marağına
səbəb olan Qazax xalçaları Londonun Milli Qalereyasında sax-
lanılan italyan rəssamı Karlo Krivelonun “Müjdə” (1486), alman
rəssamı Hans Holbeynin “Elçilər” (1533) əsərlərində təsvir edil-
mişdir. Xalçaların Avropa rəssamlarının əsərlərində yer alması
onlardan yalnız fon olaraq istifadə edilməsi məqsədi daşımayıb,
əksinə, Avropa kübar təbəqələrində bu xalçalara zövq mənbəyi
kimi olan ehtiyacın əyani sübutudur. İlya Yefimoviç Repinin dün-
ya şöhrəti qazanmış “İvan Qroznı və onun oğlu İvan 16 noyabr
1581-ci ildə” əsərində də Qazax xalçası xüsusi yer almışdır.
Tarixi gerçəkliyi, dövrün geyimlərini, təsvirlərini dərindən öy­
rə­nən Repin bu əsərin üzərində illərlə çalışıb. Rəssam İvan Qroz-
nının saray otağının təsvirini XVII əsr boyar muzeyində olan
otaqlardan birinə oxşadıb. Taxt, güzgü, şahzadənin kaftanı Silah
Palatasında, dəmirdən olan əsa Sarskaselsk sarayında, sandıq isə
Rumyantsev muzeyində saxlanılan əşyaların rəsmidir. Qətl səh­
nəsi məhz Qazax xalçasının üstündə təsvir edilir.
Sonralar əsəri təhlil edən bütün sənətşünaslar Qroznının əba­
sının və yerdə olan Qazax xalçasının yüksək məharətlə, ustalıq-
la təsvir edildiyini yazıblar. Həqiqətən, xalçanın gözəlliyi, rəng
çalarları, naxış kompozisiyası xüsusi istedadla kətana köçürülüb.
Hətta rəsmə diqqətlə baxsaq, xalçanın yumşaqlığını, incəliyini
belə hiss etmək mümkündür. Repinin bu əsər üzərində uzun
müddət çalışdığını və hər bir detalı ölçüb-biçdiyini nəzərə alsaq,
Azərbaycan xalçalarının hələ ötən zamanlardan hökmdar saray-
larının bəzəyi olduğunu söyləyə bilərik.
Xalça fraqmenti. Yun. Xovlu. 1800-cü il.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. 1899-cu il. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
Xurcun. Yun. Xovsuz. XIX əsr. Qazax-Borçalı
qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. XX əsrin əvvəlləri.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...124