39
39
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Qazax rayonuAzərbaycanın qərbində, Kiçik Qafqa-
zın şimal ətəklərində yerləşir. Şimal-qərbdə Gürcüs-
tan, cənub və cənub-qərbdə Ermənistan respublikası
ilə həmsərhəddir. Səthi əsasən düzənlikdir (Gəncə-
Qazax düzənliyi); rayonun cənub və cənub-qərb his­
səsi alçaq dağlıqdır. Bu hissədə hündürlük 1300 m-ə
(Odundağ) çatır. İqlimi mülayim-isti, qışı quraq ke-
çir. Kür çayı, İncəsu, Ağstafa və Xram çayları rayo­nun
ərazisindən axır. Kiçik Qafqaza aid olan dağ meşələri,
Kür çayı sahilində tuqay meşələri var.
 Göyəzən dağı Qazaxın rəmzi sayılır. Bu nadir geo-
loji təbiət abidəsi vulkan püskürməsi nəticəsində ya-
ranıb.  Təkdir və heç bir dağa bitişik deyil. Dibində
və ətəyində iri və qədim yaşayış yerinin, yeddibürclü
qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın
məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən
yastıdır. Deyilənə görə, qədimdə bayramlarda və
düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal
qalanarmış. “Göyəzən”  toponimiylə bağlı müxtəlif
rəva­yətlər və yozmalar var. Lakin ən inandırıcı izahat
“göy­lərə baş vuran”, “göy əzən” yozmasıdır.
Avey – Gürcüstan ilə Qazax rayonu arasında yer­
ləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ-
bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12
km aralıdadır. Buralarda hələ paleolit dövrünə aid
insan yaşayışının izləri var. Qayada çapılan ibtidai
gör­­kəmli məbədlər, 30-a qədər süni mağara aşkar
edil­­mişdir. Dağın başında qədim alban məbədi var.
“Avey” sözünün özü də təxmin etməyə imkan ve-
Qazax
Xalçaçı Alıyeva Gülabər.
Qazax rayonunun girişi.
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...124