42
42
edilmişdir. Daş məmulatı, hazırlanma texnikası və formasına görə, Orta Paleolit, Üst
Paleolit, Mezolit və Neolit dövrlərinə aiddir.
Qazax bölgəsi ərazisində yerləşən dünya əhəmiyyətli abidə Baba-Dərviş qədim yaşa-
yış məskənidir. Bu abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. 1958-1962-ci və 1966-cı
illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid çox maraqlı
tapıntılar əldə olunmuşdur. Ümumiyyətlə, Baba-Dərviş qədim yaşayış yeri silsilə təşkil
edən beş təpədən ibarətdir. Arxeoloji materiallara əsəsən söyləmək olar ki, bu məskən
hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan
insanlar çoxsaylı maddi mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən
düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə
maraqlıdır.
Baba-Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxa-
rılmışdır. Xronoloji baxımdan bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olaraq,
Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyət abidələri ilə uyğunluq təşkil edir.
1966-cı ildə Baba-Dərvişdə daha bir nadir tapıntı – katakomba tipli qəbir aşkar edil-
mişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxu-
culuq dəzgahının hissəsi, sümük mil və tunc iynələr tapılmışdır.
İkinci Şıxlı kəndi. Qazax.
Yuxarı Salahlı kəndi. Qazax.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...124