47
47
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr
var. Onların arasında Aşağı Göycəli kəndindəki Töy
rətəpə adlı tunc dövrünə aid insan məskəni və Dağ
Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir döv-
rünün əvvəlinə aid “Çobandaşlı” adlı məskən dünya
əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Bu cür
abidələrə rayonun başqa yerlərində da rast gəlmək olar.
Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş
dövrü), tunc və ilk dəmir dövrlərinə aid Durnatəpə, Bö
yüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haça Dağ
Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və
ilk dəmir dövrlərinə aid Cantəpə, Yastıtəpə qədim yaşa-
yış yerlərini, həmçinin Tatlı, Yuxarı Göycəli, Həsənsu,
Aşağı Göycəli kəndləri də qeyd edilməlidir. Arxeolo-
ji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, bo-
yunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları
yerli diyarşünaslıq muzeyində saxlanır. Memarlıq
abidələrindən XVII əsrə aid qüllə, Qıraq Kəsəmən kən
dində XIX əsrə aid məscidlər, Kolxəlfəli, Qarahəsən,
Dağ Kəsəmən və başqa kəndlərdə XIX əsrdə tikilmiş
məscidlər və s. maraq doğurur.
At çulundan fraqment. Yun. Xovsuz. 1870-ci il.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça emalatxanasında. 1935-ci il. Ağstafa.
Xalça fraqmenti. Yun. Xovlu. 1911-ci il. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.