4
4
Azərbaycan tarixinin ilkin dövrü ibtidai cəmiyyət
döv­rüdür. Azərbaycan dünya üzrə ilk insanın meyda-
na gəldiyi tarixi əraziyə daxildir. Adətən, bu barədə
bəhs edilərkən Azıx mağarası və buradan tapılan
(1966) qədim insan qalıqları qeyd edilir. Ceyrançölün
Udabno kəndindən aşkar olunmuş (1939) və tarixi
ədəbiyyata Udabnopitek (pithekos meymun deməkdir)
adı ilə daxil olan tapıntı isə tarixi Azərbaycandan ayrı
nəzərdən keçirilmişdir. Halbuki Azıx adamı Azıxant-
rop və Başkeçid (1947-ci ildən Dmanisi) tapıntıları bu
regionda qədim insanın formalaşması prosesini iz­
ləməyə imkan verir. Qazax, Tovuz və Ağstafa rayon-
larının ərazisindəki qədim arxeoloji abidələr də ibtidai
cəmiyyətin əsas mərhələlərini tam izləməyə imkan ya-
radır. Paleolit dövrü Damcılı mağara düşərgəsi (Qa­zax
rayonu, Daşsalahlı kəndi), neolit-tunc dövrü Töyrətə­
pə (Ağstafa rayonu, Aşağı Göycəlı kəndi), tunc dövrü
Ba­ba Dərviş yaşayış yeri (Qazax rayonu, Dəmirçilər
kəndi), tunc-ilk dəmir dövrünə aid qədim yaşayış yeri
və qəbiristanlıq (Ağstafa rayonu, Dağ Kəsəmən kəndi)
kimi abidələr öz dəyərinə görə Azərbaycanın dünya
əhəmiyyətli abidələri sırasına daxil edilmişdir. Ne-
olit dövründə (e. ə. VIII-VI minilliklər) istehsal təsər­
rüfatının yaranması ilə insanların həyatında köklü də­
yişiklik meydana gəlir, neolit sivilizasiyası təşəkkül
ta­pır. Eneolit dövründə (e. ə. VI-IV minilliklər) in­sanlar
Qiyməkeşlər. 1.8 milyon il əvvəl. Borçalı.
İnsan skeleti. 1.8 milyon il əvvəl. Borçalı.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...124