59
59
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
xovu, yumşaq və parlaq yunu ilə seçilir. İlk baxışdan qalın görünən bu xalçalar ən
yüksək keyfiyyətli yundan toxunmuşdur. Bu xalçalarda təbii üsulla alınmış yeddi
rəngdən ibarət kolorit həlli öz uyarlığıyla göz oxşayır. Bu xalçaların kompozisiya qu-
ruluşu azərbaycanlıların həyat tərzi və məişətindən irəli gələrək, əsrlər boyunca for-
malaşmışdır. Bu xalçalarda abstrakt həndəsi formalı naxışlar sistemi üstünlük təşkil
edir. Burada rast gəlinən su, ağac, nar, bitki, heyvan motivləri, mürəkkəb həndəsi
elementlər toplusu, svastika insanı qoruyan, onu müdafiə edən simvollar kimi anla-
şılır. Müxtəlif türk tayfalarının məskunlaşdığı bu bölgə çeşidli semantik elementlərin
xalçalarda əks olunması ilə fərqlənirdi.
Tovuzda toxunmuş xalçalar Gəncə və Tiflis bazarlarının bəzəyi idi. Kəndlərdə to-
xunmuş ən gözəl nümunələr xalça tacirlərinin diqqətini xüsusilə cəlb edirdi. Tovuzlu
Seyid Ağarza adlı tacir öz peşəsinin bilicisi kimi bu ərazidə toxunmuş nümunələri
Xalça fraqmenti. Yun. Xovlu. 1892-ci il. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. 1910-cu il. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...124