61
61
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Borçalı mahalı Bostandərə, Qarayazı, Sarvan, Çörük Qəmərli, Başkeçid, Ağbulaq, Barmaqsız, Qaraçöp, Qabal, Sığnaq
kimi bölgələri əhatə etməklə tarixi-coğrafi və mədəni birliyini təcəssüm etdirir. Qədim türk yurdu olan Borçalı böyük
Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi formalaşmış və İrəvan, Loru, Pəmbək, Şəmşəddin, Qazax, Ağstafa, Tovuz
kimi ərazilərdə yaşayan əhali ilə sıx əlaqədə olmuşdur.
Borçalı mahalının ərazisi, əsasən, dağlıq, üçdə biri isə düzənlikdir. Geniş yay və qış otlaqları olan Borçalıda maldarlıq,
taxılçılıq, bostançılıq, bağçılıq, ipəkçilik inkişaf etmişdir. Ərazinin 2/3 hissəsi dağlıq (500 metrdən yuxarı və dağətəyi) zona-
dan ibarətdir. Mahal şimaldan Yağılca alçaq dağlıq massivinin təpələri, Qərbdən Somxet tirəsinin meşə örtüyü, cənubdan
Borçalı mahalı
Borçalı mahalından görünüş.
Şeytanbazar. Tiflis. Rəssam: Vepxvadze Covanni.
Qaçağan kəndi. Borçalı mahalı.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...124