68
68
li sayda satılırdı. Arıxlı kəndində yaşayan məşhur tacir
Məhəmməd Bayramov xalça bilicisi kimi də tanınırdı.
Onun peşəkarlığı, Azərbaycan xalçaları barədə dolğun
məlumatının olması Tiflis bazarında nüfuzlu şəxs kimi
tanınmasına səbəb olmuşdu. Borçalı xalçalarına Şey-
tanbazarda olan xalça dükanlarında xüsusi dəyər ve-
rilirdi. Borçalının Saraclı kəndindən olan İsmayıl adlı
tacir də bu bölgənin xalçalarını tanıtmış, Şeytanbazar-
da onların satışını təşkil etmişdir.
Borçalının Şahmarlı, Səfərli, Hamamlı, Qasımlı, Qa­
çağan, Ləmbəli, Qarayazı, Arıxlı, Nəzərli, Saraclı, Qa­
raçöp, Dəllər, Qızılhacılı kəndləri əsas toxuculuq mən­
təqəsi kimi tanınırlar.
Azərbaycan xalçalarının Qazax qrupu Azərbaycan
mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənət­
karlıq xüsusiyyətlərini özündə əks etdirir. Tarixi
Azər­baycan torpaqlarının bir hissəsi olan Borçalıda
yara­dılmış xalçaçılıq nümunələri bu gün də toxunur
və böyük mədəni irs onlar tərəfindən səylə yaşadılır.
Qa­zaxın, Tovuzun, Ağstafanın və eləcə də Borçalının
Xalça fraqmenti. Yun. Xovlu. 1852-ci il. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...124