70
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
70
Xalça Başkeçidin Hamamlı kəndində toxun-
muşdur. Bu kəndin toxuculuq ənənəsində iri
ölçülü xalçalar üstünlük təşkil edir. Bu çeşnidə
olan xalçalar Arıxlı, Dəllər, Həsənxocalı
kəndlərində də toxunmuşdur. Hamamlı kən­
dində çul, xurcun, zili, çuval da toxunmuşdur.
Başkeçid xalçaçılarının iş­ləri dünyanın məşhur
xalça ekspertləri və tacirləri tərəfindən yüksək
qiymətləndirilir. Kompozisiya quruluşuna və
toxunuş texnikasına görə bu xalçanın xüsusi
sifarişlə toxunduğu aydın olur. Qazax xalçası
yarandığı coğrafi əraziyə məxsus olan ənənəvi
xalq toxuculuğunun ən qədim xüsusiyyətlərini
özündə ya­şatdığı üçün dəyərlidir. Xalça iri
həcmli həndəsi naxışlara, qırmızı yerlikli
şux-parlaq rəng həllinə, bir az qabalığı, la-
kin davamlılığı ilə fərqlənən yüksək texnoloji
keyfiyyətlərə, qapalı kompozisiya quruluşuna
malikdir. Əsas və köməkçi naxışların fonunda
kiçik elementlərin biçiminə görə dəqiq sistemli
yerləşdirilməsi və bu məkanı əhatə edən enli
haşiyə zolağı xalçanın peşəkar usta tərəfindən
toxunduğuna sübutdur. Bu xalçanın yarandığı
mühit və dövr nəzərə alınarsa, təxmin etmək
mümkündür ki, onu toxuyan sənətkar kağız
üzərində çəkilmiş çeşnidən istifadə etməmiş,
xalçanın qüsursuz toxunmasına zəmanət kimi
XIX əsrdə geniş yayılmış bir ənənədən, yəni
çeşnikar ustalar tərəfindən hazırlanan, kom-
pozisiyanın mərkəzindən və haşiyə zolağın-
dan kiçik fraqmentin toxunduğu xalça mə­
mulatından eskiz kimi bəhrələnmişdir.
Xalçanın ara sahəsi, üzərində ətrafları qar-
maqlı iki ədəd səkkizbucaqlı göl, düzbucaqlı
və rombun üst-üstə qoyulması təsəvvürü ya-
radır. Onun mər­­kəzindəki sarı yerlikli kvad-
rat elementin içə­ri­sində səkkizguşəli ulduzlar
və ən son olaraq ulduzun mərkəzində romb
təsvirləri toxunmuşdur. Xalçada əbrəş izləri gö-
rünür, lakin bu, ümumən tonların istiliyindən
yaranan yüksək estetik təsir gü­cünə ziyan ver-
mir. Naxışlar, haşiyə və ara sa­hənin rəngləri
arasında olan ahəngdarlıq xalçanı da­ha ba-
xımlı edir. Ara sahə boyu bir sıra elementlər
toxunub; onlar fərqli üslub, bədii ifadə forması
və məzmununa görə damğa kimi maraqlıdır.
Ən çox üstünlük qazanan cəhət, təbii ki, ul-
duz, qarmaq, romb, üçbucaq, düzbucaqlı kimi
qədim türk naxışlarının heraldikləşməsidir.
Xalçanın ara sahəsinin mərkəzində iki yan
tərəflərdə paralel olaraq kvadrat elementinin
içərisində maraqlı həndəsi konstruksi­yalı mo-
tiv toxunub. Bu motiv xalçanın baş hissəsinə
yönəlmiş üçbucaq üzərində yerləşdirilmiş
rombdan ibarətdir. Motivin xalça üzərində
yerləşməsi­nə əsasən onun namaz üçün toxun-
duğunu güman et­mək olar. Çünki çox hallarda
xalçalarda toxunan ele­mentlər tam açıq şəkildə
olmasa da, rəmziliklərlə ifa­də edilir.
Xalçanın xovu 1, 5 sm, sıxlığı 35x44 sm-dir.
İp­lər yerli qoyunların yunlarından alınmış və
əl ilə əy­­rilmişdir. Xalçanın ipləri təbii yolla
toxu­cu tə­rə­findən boyanmışdır. Təmir-bərpa
işləri aparılmamış­dır. Saxlanma vəziyyəti əla­
dır. Elmi, tarixi və bədii əhəmiyyət daşıyır.
Xalça Azərbaycanda şəxsi kolleksiyada saxla-
nılır.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...124