72
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
72
Zili Tovuz rayonunun Bozalqanlı kəndində
toxunub. Tovuz çayının sahilində yerləşən bu
kəndin səfalı təbiəti vardır. Daim söz- sənət
məskəni olan kəndin varlı və imkanlı insanları
xüsusi sifarişlərlə xalça və xovsuz məmulatlar
toxudardılar ki, evlərində qurulan aşıq məcli­
sinə gələn qonaqları heyran qoysunlar. Bu
mənada yerli toxucular tərəfindən xüsusi sifa­
rişlə çoxlu sayda sənət nümunələri toxunmuş-
dur.
Tovuz bölgəsində toxunan xovsuz xalçalar
palaz, kilim və zililərdən ibarətdir. Bu xovsuz
məmulatlar sənətşünaslar tərəfindən yüksək
dəyərləndirilir. Bunların hər biri fərqli bədii
tərtibata malikdirlər. Təqdim edilmiş zili
xovsuz xalçası sürməyi yerlikli ara sahə və
bircər­gəli haşiyədən ibarətdir. Zilinin toxun-
ma texnikası sadə keçirmə və paralel dolama
üsuludur. Adətən, məişətdə bu növ zililərdən
Qazax-Borçalı bölgəsində ehtiram əlaməti ola-
raq türbələrin üzərinin örtülməsi, evlərdə yük
və ya kürsü üstünə sərilmək üçün istifadə edil-
mişdir. Köçəri maldar təsərrüfatı ilə məşğul
olan əhalinin məişətində isə, daha şux rəngli
bu növ toxumalar, hətta alaçıqların daxili
interyerinin bəzədilməsində pərdə kimi də
tətbiq olunub. Bu növ xalçaların istifadəsi öz
dövrünə görə geniş yayılmışdır; belə ki, onlar
yüngül və yumşaqlığına görə istifadə zamanı
əlverişli olur, daşınma məqsədilə büküldükdə
isə az yer tuturdular.
Tovuz bölgəsində toxunan xovlu xalçalar­
dakı sumağı və sürməyi rəng çaları zili üzə­
rindəki rənglərdə də özünü əks etdirir. Ara
sahə boyu iki növ həndəsi element üfüqi is­
ti­qamətdə dinamik şəkildə təkrarlanır. Bu
elementlərin hər biri çox sadə bədii quruluşda-
dır. Onlar sək­kizbucaqlı ulduz və aradan haça-
lanmış girintili-çıxıntılı, qeyri-müəyyən forma-
lı həndəsi elementdən ibarətdir. Zili boyu ətək
hissədə pərakəndə şəkildə “S”, buta, romb, quş
elementləri də toxunmuşdur. Bu naxışların hər
birinin semantikası ilkin inanclarla bağlı olub,
əbədilik mənası daşıyır. Səkkizguşəli uldu-
za Azərbaycanın şimal bölgəsindən tapılmış,
eramızdan əvvəllərə aid saxsı qablar üzərində
də rast gəlinir. O, ən əvvəl fəza cisimlərinə
səcdə-inamın, daha sonra həyatın başlanğıc
nöq­təsinin rəmzi olmuşdur. Sağ aşağı küncdə
toxunan romb artım, bolluq simvolu, quşlar isə
ölməzliyə işarədir.
Toxucunun bu zilini sifarişlə toxuduğunu
ehtimal etmək olar. Zili üzərində olan damğa
onu digərlərindən fərqləndirir. İlmələrinin sıx-
lığı 35x55 sm-dir. İstifadə olunan bütün rənglər
təbiidir. Ərişi qara rənglidir. Bədii, tarixi və
elmi əhəmiyyət kəsb edir. Azərbaycanda şəxsi
kolleksiyada saxlanılır.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...124