78
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
78
Ağstafa rayonunun Muğanlı kəndində toxu-
nan xalça ara sahə və yeləndən ibarətdir. To-
xucular bu xalçaya “Ağstafa” deyirlər. Ağstafa
xalçaları müx­təlif çeşnilərdə toxunurdu. Belə
naxış kompozisiyasına malik olan xalçalar Qa-
rabağ, Gəncə və Şirvanda da həm namazlıq,
həm də kənarə öl­çülərində toxunurdu. Qazax
qrupunda bu tip xalçaların xovu daha yüksək
olur. Namazlıqlar isə aşağı xovla to­xunurdu.
Dünyanın məşhur muzey və kolleksiya­larında
“Ağstafa” xalçasının xüsusi yeri vardır. “Ağs­
tafa” xalçaları və namazlıqları haqqında ABŞ
və Böyük Britaniyada fundamental tədqiqat
işləri aparılmış, bunun əsasında kitablar,
broşürlər çap olunmuşdur.
Xalçanın üzərində hicri təqvimi ilə 1322-ci
il tarixi yazılmışdır. Üç zolaqlı yelən qırmızı,
şəkəri, sür­məyi yerlikli rənglərdən ibarət olub,
iki paralel nəbati naxışlı və mərkəzdə həndəsi
formalı elementlərdən təşkil edilib. Xalçanın
göy rəngli ara sahəsi qırmızı və şəkəri rəngli,
silsiləvi şəkildə dörd ədəd romb formalı göl­
lərin birləşməsindən ibarətdir. Bu göllərin
ətra­fında fantastik quşlar, iki çarpazlaşmış
qarmaq, xaçabənzər, çərxi-fələk, “X”, “S”, ağac
kimi naxışlar toxunmuşdur. Xalça üzərində
göllərin silsiləvi şəkildə bu növ düzülüşü
həyat ağacı quruluşunu xatırladır. Təbii ki, bu,
həyat ağacının abstrakt formasıdır. Ətrafda isə
iki cüt başı meyvəli, gövdəsi budaqlı və kökləri
belə yuvarlaq toxunmuş ağaclar mövcuddur.
İplərin boyanmasında istifadə olunan sür­mə­
yi və mavi rənglər indiqodan, qalan rənglər isə
təbii boyayıcı maddələrdən alınmışdır. Təbii
boyalar yer­li bitki örtüyündən alınmışdır. Bu
xalçadakı sür­məyi və mavi rənglər üçün indi-
qo boyasının Qa­rabağdan, Ağdam rayonun-
dan gətirildiyini ehtimal etmək olar. Toxunuş
zamanı istifadə olunan iplər əl ilə daranıb və
əyirilib. Xalçanın ərişi, arğacı və xovu yundur.
İlmələrinin sıxlığı 28x45 sm-dir. Xal­çanın yerli-
yinin sürməyi və mavi rənglərində əb­rəş var-
dır.
Elmi, tarixi və bədii əhəmiyyət kəsb edən
bu xalçada təmir-bərpa işləri aparılmamışdır.
Saxlanma vəziyyəti əladır. Xalça Azərbaycan
Respublikasında şəxsi kolleksiyada saxlanılır.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...124