84
84
Xalça Tovuz rayonunun Əlibəyli kəndində toxunub. Bu çeşnidə xalçalar Qarabağ və Gəncədə də toxunmuşdur.
Əlibəylinin dağlıq kənd olması buranın heyvandarlığına və bitki örtüyünə öz təsirini göstərmiş, orada toxunan xalçala-
rın fərqli çalarda olmasını təmin etmişdir. Gəncənin xalça bazarında Əlibəyli xalçaları yüksək dəyərlə qiymətləndirilirdi.
Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi və digər abidələr buranın qədim tarixindən xəbər verir. Məişət əşyaları və
dekorativ sənət nümunələri kənd əhalisinin yaradıcı təxəyyülünün geniş olmasını, qədim ənənələrə söykənməsini göstərir.
Dini dünyagörüşləri ilə bərabər ətrafda təbiətin ecazkarlığını simvolların dili ilə xalçalara köçürən Əlibəyli kəndinin toxu-
cuları bir-birindən gözəl nümunələr yaratmışlar. Bu nümunələr bütün dünyanı dolaşmış, kolleksiyaların bəzəyi olmuşdur.
Bu xalça öz ölçüsü etibarilə yolluğu xatırladır. Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Mərkəzdə, qırmızı yerlik
üzərində səkkiz silsiləvi göl, dörd cərgədən ibarət yelən zolaqları, yüngül rəng çalarları xalçanı baxımlı edir. Bəzi naxışlar
natamamdır. Bu xalçada asimmetriya daha çox üstünlük təşkil edir. Sözsüz ki, bu da xalq sənətində qəbul edilən amillərdir.
Çünki xalçanın toxunduğu dövrdə – XIX əsrdə xalq sənətkarları bütün toxuma prosesi zamanı yalnız intuitiv olaraq öz
bacarıqları, vərdişləri nəticəsində toxuculuqla məşğul olublar. Romblar, yuvarlaq düzbucaqlı, üçbucaq formasında olan
1...,76,77,78,79,80,81,82,83,84,85 87,88,89,90,91,92,93,94,95,96,...124