85
85
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Xalça. Yun. Xovlu. 354x136. XIX əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan.
naxışların hər biri spesifik tərzdə toxunub. Baş hissədə namazlıq xalçalarına xas olan mehrababənzər tağ toxunmuşdur.
Onun qarmaqlarla əhatə edilməsi bu hissəni daha da dekorativləşdirir. Xalq sənətinin ən qədim, özəl nümunələri, rəmzləri
həmişə xalça üzərində asimmetrik nümunələrdə ifadə edilir. Bu növ naxışlar totemlər ola və ya qoruyucu mahiyyət də kəsb
edə bilər.
Məlum olduğu kimi, Qazax ərazisində yaşayan əhali arasında oğuz, qıpçaq türkləri daha çox üstünlük təşkil edirdi. Bu
səbəbdən də həmin boylar və digər tayfalarla bağlı olan çoxlu sayda rəmziliklər, işarələr mövcuddur və onların oxunması
xüsusi araşdırmanın mövzusudur.
Kəndin qoyunlarının parlaq yunu və bitkilərindən alınan şux rənglər bu xalçada da duyulmaqdadır. Yunun daranması,
ipin əyrilməsi əl ilə görülüb. Sıxlığı 30x45 sm-dir. Arğacı qırmızı rəngli yundandır. Saxlanma vəziyyəti əladır. Xovunun
hündürlüyü 1 sm-dir. Ərişi, arğacı və xovu yundandır. Xalça elmi, bədii və tarixi əhəmiyyət daşıyır; Azərbaycanda şəxsi
kolleksiyada saxlanılır.
1...,77,78,79,80,81,82,83,84,85,86 88,89,90,91,92,93,94,95,96,97,...124