86
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
86
Xalça Borçalı mahalının cənub-şərqində olan
Qaçağan kəndində toxunmuşdur. Qaçağan kən­
dində xovsuz xalça məmulatlarından cecim, şəd­
də, çul, kilim, xurcun və məfrəşlər toxunmuşdur.
Bu naxış kompozisiyasının Qarabağdan gəlmə
ehtimalı var. Kəlbəcər rayonunun kəndlərində
be­lə xalçalar çox toxunurdu. Dünyanın tanınmış
xal­ça ekspertləri və mütəxəssisləri bu xalçalara
xü­susi önəm verirlər.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir.
Yelən üç hissədən təşkil olunsa da, onlardan bi-
rinin naxışları paralel şəkildə cüt toxunub. Bu
na­xışlar dilikli formadadır. Ana haşiyə zolağı isə
budaq formalı zoğlarla bir-birinə birləşmiş sək­
kizguşəli elementlərdən ibarətdir. Xalçanın ara
sahəsi də çox könül açan rəng ahəngində təşkil
olunub. Şaquli istiqamətdə iç-içə beş rombdan
ibarət toxunmuş dörd göl çox nizamlı şəkildə
biri digərini əvəz edir. Onların mərkəzində
həyat ağacının gövdəsinə bənzər düz xətt toxu-
nubdur. Xalça ümumilikdə daha çox şadlıq və
bayram əhvali ruhiyyəsini xatırladır. Ara sahədə
isə yalnız buta naxışından istifadə edilib. Lakin
bu “buta”lar diaqonal istiqamətdə toxunmuş zo-
laqlar üzərində həndəsiləşdirilmiş tərzdə toxu-
nublar. Adətən, “buta”nın bu üslubda təsvirinə
Bakıda toxunan xalça məmulatları üzərində rast
gəlmək olar. La­kin Qaçağan xalçasında toxu-
nan “buta” daha hən­­dəsiləşmiş tərzdə olub, iki
kənar küncündə qar­maqlar toxunmuşdur. Xalça
üzərindəki rənglər çox kontrastdır. Yaşıl, sumağı,
göy, şəkəri, narıncı kimi rənglər müxtəlif tonlar-
da olsalar da, eyni mə­­kanda çox harmonikdirlər.
Boyaq maddəsi bit­ki mənşəlidir.
Toxunan naxışların belə narın, incə ilmələrlə
xalçada yerləşdirilməsi onu bir “tirmə” parçası
üzərində istifadə edilmiş dizayna bənzədir. Xal-
çanın xovu hündür olsa da, yunun yumşaqlığı
bu nümunənin dəyərini, toxunduğu bölgənin
özəl xüsusiyyətlərini özündə yaşatdığına əsas
verir.
İplər cins qoyun yunundan alınmış, əldə da­
ranmış və əyirilmişdir. Xovu 1 sm, ilmə sıxlığı
32x43sm-dir. Xalçada ağ, qırmızı, sarı, yaşıl, mavi,
sürməyi və qara rənglərdən istifadə olunmuş-
dur. İstifadəçi xalçanı yaxşı qoruyub saxladığı
üçün təmirə də ehtiyac duyulmamışdır. Əriş, ar-
ğac və xovu yundur. Xalça bədii, tarixi və elmi
əhəmiyyət kəsb edir; Azərbaycanda şəxsi kollek-
siyada saxlanılır.
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...124